Alim Qasımov: Eşitmə məhdudiyyətli uşaqların cəmiyyətin diqqət və dəstəyinə ehtiyacı var
Azərbaycanın Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalında iştirak ediblər AZƏRTAC xəbər verir ki, tanınmış xanəndə Alim Qasımov tədbir çərçivəsində çıxış edərək, eşitmə məhdudiyyətli uşaqlara cəmiyyət tərəfindən diqqət göstər

Azərbaycanın Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalında iştirak ediblər AZƏRTAC xəbər verir ki, tanınmış xanəndə Alim Qasımov tədbir çərçivəsində çıxış edərək, eşitmə məhdudiyyətli uşaqlara cəmiyyət tərəfindən diqqət göstərilməsinin vacibliyini vurğulayıb Onun fikrincə, bu cür təşəbbüslər həmin uşaqların sosial inteqrasiyası və dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır “Onların diqqət, qayğı və cəmiyyətin dəstəyinə ehtiyacı var”, – deyə Xalq artisti bildirib Fərqanə Qasımova da eşitmə məhdudiyyətli uşaqlara diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, “Ümid var” İctimai Birliyi daim onların yanındadır, incəsənət nümayəndələri də təşkilatın fəaliyyətinə davamlı dəstək göstərirlər Alim və Fərqanə Qasımovlar festival çərçivəsində iştirakçılarla birlikdə tədbirin “Fərqli Fərdlər” himnini ifa edəcəklərini də bildiriblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


