Tenqri
Ana Səhifə
Dünya

Əliyev Vuçiçlə görüşüb - FOTO / Yenilənib

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə görüşü olub AZƏRTAC xəbər verir ki, BMT-nin Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının əhəmiyyətini vurğulayan Aleksandr Vuçiç bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlə

0 baxışcaliber.az
Əliyev Vuçiçlə görüşüb - FOTO / Yenilənib
Paylaş:

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə görüşü olub AZƏRTAC xəbər verir ki, BMT-nin Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının əhəmiyyətini vurğulayan Aleksandr Vuçiç bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri məmnunluqla qeyd olundu, bu səfər zamanı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığı vurğulandı Əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının səfərlərinin, eləcə də müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub Siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı, iqtisadi, enerji, investisiya sahələrində, birgə layihələrin həyata keçirilməsində və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların mövcudluğu vurğulandı Görüşdə Serbiyanın “Air Serbia” şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin xalqlarımızın bir-birinə daha da yaxınlaşması və turizm potensialının gücləndirilməsi baxımından əhəmiyyətinə toxunulub Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə görüşü olub Bu barədə AZƏRTAC xəbər verir

Kaynak: caliber.az

Diğer Haberler