Al-qırmızı nağıl dünyası - FOTOLENT
Ağgöl Milli Parkının sonsuzluğa qədər uzanan al-qırmızı lalə çölləri yerə sərilmiş təbii xalçanı xatırladır. Bu əsrarəngiz mühitdə nadir quş növlərinin rəngbərəng çiçəklərlə yaratdığı harmoniya təbiətin sonsuz canlılığını bir daha nümayiş etdirir. Parkın ərazisindəki torpaq yollar və uzaqda görünən

Ağgöl Milli Parkının sonsuzluğa qədər uzanan al-qırmızı lalə çölləri yerə sərilmiş təbii xalçanı xatırladır. Bu əsrarəngiz mühitdə nadir quş növlərinin rəngbərəng çiçəklərlə yaratdığı harmoniya təbiətin sonsuz canlılığını bir daha nümayiş etdirir. Parkın ərazisindəki torpaq yollar və uzaqda görünən yaşıl meşə zolaqları bu mənzərəyə xüsusi dərinlik və estetik gözəllik qatır. Günəş şüalarının buludlar arasından süzülərək bu qırmızı “dənizə” düşməsi isə insanda sanki bir nağıl dünyası hissi yaradır AZƏRTAC fotoqraf Lyokinin Ağgöl Milli Parkından çəkdiyi fotoları təqdim edir Qeyd edək ki, Ağgöl Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli Sərəncamı ilə yaradılıb. Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşir Milli Parkın yaradılmasında əsas məqsəd Ağgöl və onun ətraf ərazilərində məskunlaşan, miqrasiya edən, yuvalayan çoxsaylı oturaq və köçəri su-bataqlıq quşlarının, məməli heyvanların və onların yaşayış yerlərinin (biotopların) davamlı inkişafını təmin etmək, ərazinin fauna və florasını qorumaqdan ibarətdir Ağgöl eləcə də beynəlxalq əhəmiyyət daşıyan, xüsusilə su quşlarının yaşama yeri kimi tanınan və "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli bataqlıq ərazilər haqqında" Ramsar Konvensiyası ilə mühafizə olunan su-bataqlıq ərazisidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
