Əl-Əhlidə Merih Dəmiralı açıqlayan Hakan Safiyə şok cavab
"Fənərbaxça"nın prezidentliyə namizədi Hakan Safi Merih Dəmiral ilə anlaşdığını açıqladıqdan sonra Əl-Əhli cəbhəsindən diqqətçəkən açıqlama gəldi. Səudiyyə Ərəbistanı klubu milli müdafiəçinin gedişinin onların gündəmində olmadığını açıqlayıb Əl-Əhli Fənərbaxçada prezident seçkiləri öncəsi adı tez-t

"Fənərbaxça"nın prezidentliyə namizədi Hakan Safi Merih Dəmiral ilə anlaşdığını açıqladıqdan sonra Əl-Əhli cəbhəsindən diqqətçəkən açıqlama gəldi. Səudiyyə Ərəbistanı klubu milli müdafiəçinin gedişinin onların gündəmində olmadığını açıqlayıb Əl-Əhli Fənərbaxçada prezident seçkiləri öncəsi adı tez-tez transfer yarışında hallanan Merih Dəmiralla bağlı açıqlama verib. Prezidentliyə namizəd Hakan Safi milli futbolçu ilə müqavilə imzaladığını açıqladıqdan sonra Səudiyyə Ərəbistanı komandası iddialara cavab verib Fənərbaxçanın prezidentliyə namizədi Hakan Safi bir müddət əvvəl Luis Suaresdən sonra Merih Dəmiral ilə anlaşdıqlarını açıqlamışdı. Bu açıqlama sarı-göy camaatında böyük təsir bağışladı Hakan Safinin bu sözlərindən sonra Əl-Əhlinin sosial media hesabında Merih Dəmiralla bağlı paylaşımı diqqət çəkib. Klub öz paylaşımında milli futbolçu haqqında "Onun damarlarında Əl Əhli DNT-si axır" deyib MBC-yə danışan "Əl-Əhli" klubunun mənbələri Merih Dəmiralın gələcəyi ilə bağlı aydın mesajlar verib. Klub rəsmilərinin “Merih Dəmiralın komandadan ayrılması planlaşdırılmır” dediyi bildirilib Əl-Əhli cəbhəsi bu yaxınlarda milli futbolçu ilə yeni müqavilə imzalandığını da xatırladıb. Klub mənbələrindən verilən açıqlamada "Bu yaxınlarda Merih Demiral ilə yeni müqavilə imzaladıq və müqaviləsini 2029-cu ilə qədər uzatdıq. Onun yaxın müddətdə ayrılması planlaşdırılmır. Onun transferi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir" ifadələri işlədilib 28 yaşlı milli müdafiəçi əvvəlki mövsümdə "Əl-Əhli"nin heyətində 32 rəsmi oyunda meydana çıxıb. Ümumilikdə 2 min 590 dəqiqə meydanda qalan Merih Demiral komandasının önəmli adlarından biri olmağa davam etdi


