Azərenerjidə qanvermə aksiyası
Səhiyyə Nazirliyinin Respublika Qan Bankının təşəbbüsü və “Azərenerji” ASC-nin təşkilatçılığı ilə “Qan verməklə həyat xilas edirsən!” devizi altında qanvermə aksiyası keçirilib ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, aksiya “Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm, Təlim və Laboratoriya

Səhiyyə Nazirliyinin Respublika Qan Bankının təşəbbüsü və “Azərenerji” ASC-nin təşkilatçılığı ilə “Qan verməklə həyat xilas edirsən!” devizi altında qanvermə aksiyası keçirilib ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, aksiya “Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm, Təlim və Laboratoriya Kompleksinin binasında baş tutub. Burada səhmdar cəmiyyətin 100-dən çox əməkdaşı iştirak etmişdir. Kampaniya zamanı toplanan qan talassemiya və hemofiliyalı xəstələrdə, eləcə də qanköçürməyə ehtiyacı olan digər xəstələrdə qan çatışmazlığının aradan qaldırılması üçün nəzərdə tutulub Qan verməzdən əvvəl bütün donorlar Respublika Qan Bankının tibb işçiləri tərəfindən zəruri tibbi müayinələrdən keçiblər SC xatırladıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2005-ci ilin fevralından “Talassemiyasız həyat naminə” proqramının icrasına başlandığını elan etdikdən sonra “Azərenerji” bu layihənin fəal iştirakçılarından və dəstəkçilərindən birinə çevrilib


