"Aktivlərinin pula çevrilərək digər öhdəliklərinin yerinə yetirilməsi həmişə illər çəkib" - İqtisadçı
“Bankların öhdəliklərinin strukturunda depozit portfeli ənənəyə uyğun olaraq üstünlük təşkil edir ki, cəmi öhdəliklərin 74.7 faizi və ya 37 milyard 568 milyon 400 min manatı bu göstəriciyə aiddir. Depozit portfelinin 55.8 faizi hüquqi şəxslərin, 44.2 faizi fiziki şəxslərin depozitlərindən, fərdi sah

“Bankların öhdəliklərinin strukturunda depozit portfeli ənənəyə uyğun olaraq üstünlük təşkil edir ki, cəmi öhdəliklərin 74.7 faizi və ya 37 milyard 568 milyon 400 min manatı bu göstəriciyə aiddir. Depozit portfelinin 55.8 faizi hüquqi şəxslərin, 44.2 faizi fiziki şəxslərin depozitlərindən, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla ibarətdir” Bunu 525.az-a iqtisadçı ekspert Pərviz Heydərov söyləyib. Ekspert qeyd edib ki, likvidlik qurumun öz öhdəliklərini (borclarını, müştəri ödənişlərini) vaxtında və tam şəkildə yerinə yetirmə qabiliyyətidir ki, bankın istənilən an müştərilərinə pullarını qaytarmaq və ya cari xərclərini ödəmək üçün əlində kifayət qədər "hazır vəsaiti" olması deməkdir: “Lakin təkcə ölkədə indiyədək bağlanılan banklara aid təcrübəyə əsasən qeyd edə bilərəm ki, həmin qurumlar üzrə sığortalanan əmanətlər vaxtında qaytarılsa da, aktivlərinin pula çevrilərək digər öhdəliklərinin yerinə yetirilməsi həmişə illər çəkib”


