Tenqri
Ana Səhifə
Dünya

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

Dünyada Azərbaycandan da zəngin neft və qaz ehtiyatlarına malik olan ölkələr var. Lakin onların istər iqtisadi, istərsə də siyasi vəziyyətləri heç də ürək açan deyil. Bəziləri silahlı münaqişəyə cəlb olunub, digərləri daxili siyasi mübarizə girdabına bataraq sərvətə nəzarəti ələ keçirmək üçün sabitl

0 baxışazertag.az
Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir
Paylaş:

Dünyada Azərbaycandan da zəngin neft və qaz ehtiyatlarına malik olan ölkələr var. Lakin onların istər iqtisadi, istərsə də siyasi vəziyyətləri heç də ürək açan deyil. Bəziləri silahlı münaqişəyə cəlb olunub, digərləri daxili siyasi mübarizə girdabına bataraq sərvətə nəzarəti ələ keçirmək üçün sabitliyi pozurlar. Üçüncülər isə ümumiyyətlə öz təbii ehtiyatlarını hasil edib bazara çıxarmaq hüququndan məhrum ediliblər. Bütün bunların fonunda, əsası Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan neft strategiyası Azərbaycanı inkişaf etdirərək bugünkü səviyyəyə gətirib çıxarıb Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandığı 1990-cı illərin əvvəllərində 20 faiz ərazisini itirdi, 1 milyon qaçqın ordusu yarandı, yoxsulluğun həddi 50 faizdən çox idi “Neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycana iri investisiyalar yatırıldı. Neft və qaz sənayesinə yatırılan investisiyalar minlərlə iş yerinin açılmasın büdcə gəlirlərinin artmasına və Azərbaycanın dünya bazarına neft və qaz çıxarması ilə müşahidə olundu. Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir. Vaxtı ilə sərmayəyə ehtiyacı olan Azərbaycanın SOCAR kimi neft şirkəti bu gün Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır. Bütün bunları nəzərə alaraq Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsinin, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin, Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisinin keçirilməsi və dünyanın müxtəlif ölkələrindən bu tədbirlərə minlərlə mütəxəssisin, dövlət rəsmisinin, biznes qurumlarının qatılması təsadüfi xarakter daşımır. Azərbaycan neft strategiyasından əldə etdiyi kapitalı səmərəli formada reallaşdırır. Bu gün dünyada cərəyan edən enerji keçidi prosesini yüksək səviyyədə və bir sıra dövlətlərə nümunə olacaq həddə həyata keçirir. Bunun üçün də Azərbaycanın potensialı güclüdür və dövlət bu potensialdan praqmatik siyasətlə faydalanamğa çalışır. Dənizdə külək, quruda Günəş enerjisinin xarici bazarlara çıxarılması istiqamətində işlər aparılır və xarici investisiyalar cəlb olunub. Artıq bəzi regionlarda alternativ enerji istehsal edilərək enerji dövriyyəsinə buraxılıb ki, bu da Azərbaycanın enerji sahəsində qazandığı uğurlardan xəbər verir”, - deyə akademik əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler