Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq may ayının 18-dən iyun ayının 18-dək ölkəmizdə “İnsan hüquqları aylığı” elan edilir. Bu təşəbbüs sosial-hüquqi statusundan asılı olmayaraq hər kəsin hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti güclənd

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq may ayının 18-dən iyun ayının 18-dək ölkəmizdə “İnsan hüquqları aylığı” elan edilir. Bu təşəbbüs sosial-hüquqi statusundan asılı olmayaraq hər kəsin hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, qarşıda duran vəzifələri müəyyənləşdirmək, cəmiyyətdə hüquqi düşüncəni və hüquq mədəniyyətini inkişaf etdirmək, həmçinin bu barədə zəruri bilik və məlumatları geniş ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyır AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda bu məsələlərlə bağlı müzakirələr aparılıb AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxışında bildirib ki, ölkəmizdə İKT-nin, süni intellektin geniş tətbiqi və rəqəmsallaşma proseslərinin sürətlənməsi cəmiyyətin müxtəlif sahələrində bu texnologiyalardan çox geniş istifadə olunmasına gətirib çıxarıb. Bu proseslər dövlətin strateji maraqlarına xidmət etməklə yanaşı, biznes mühitinin inkişafına, vətəndaşların sosial fəallığının artmasına, onların gündəlik tələbatlarının daha operativ və səmərəli şəkildə ödənilməsinə şərait yaradır. Bununla yanaşı, rəqəmsal cəmiyyət quruculuğu şəraitində insan hüquqlarının müdafiəsi, fərdi məlumatların təhlükəsizliyinin, şəxsi həyatın toxunulmazlığının təmin olunması dövlətin kibertəhlükəsizlik strategiyasının əsas istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılmalıdır Müzakirələrdə vurğulanıb ki, süni intellekt və rəqəmsallaşmanın yaratdığı yeni reallıqlar alim və mütəxəssislərin qarşısında insan hüquqlarının qorunması ilə bağlı mühüm vəzifə və prioritetləri müəyyənləşdirir. Bu çərçivədə texnoloji, hüquqi və digər istiqamətlərdə elmi tədqiqatların aparılması zəruridir Çıxışlarda İnformasiya Texnologiyaları İnstitutunda insan hüquqlarının qorunmasına dair aktual problemləri əhatə edən tədqiqatların aparıldığı, bu istiqamətdə mühüm nəticələrin əldə olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, institutda süni intellektin yaratdığı yeni reallıqlar kontekstində fərdi məlumatların qorunması, uşaqların internetdə təhlükəsizliyinin təmin olunması, informasiya əlçatanlığına qarşı yönələn DDoS hücumlarına qarşı intellektual müdafiə metodlarının işlənilməsi, həmçinin intellektual mülkiyyət və müəllif hüquqlarının qorunması kimi kibertəhlükəsizlik problemləri üzrə tədqiqatlar aparılır, nüfuzlu beynəlxalq jurnallarda məqalələr dərc olunur, həmçinin yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


