Tenqri
Ana Səhifə
Siyasət

Akademik: Ümummilli Liderin ekoloji siyasəti də onun uzaqgörən dövlət xadimi olduğunu parlaq şəkildə göstərir

Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunur. Heydər Əliyev adı Azərbaycan tarixində dövlətçilik, sabitlik, uzaqgörənlik, qətiyyət, milli maraqlara sədaqət və məsuliyyət anlayışları ilə bütöv bir sistem təşkil edir. O, mürəkkəb tarixi məqamlarda xalqın iradəsini

0 baxışazertag.az
Akademik: Ümummilli Liderin ekoloji siyasəti də onun uzaqgörən dövlət xadimi olduğunu parlaq şəkildə göstərir
Paylaş:

Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunur. Heydər Əliyev adı Azərbaycan tarixində dövlətçilik, sabitlik, uzaqgörənlik, qətiyyət, milli maraqlara sədaqət və məsuliyyət anlayışları ilə bütöv bir sistem təşkil edir. O, mürəkkəb tarixi məqamlarda xalqın iradəsini dövlətçilik fəlsəfəsinə çevirə bilən nadir liderlərdən idi. Ümummilli Liderin idarəçilik məktəbi müstəqil dövlətin necə qurulmalı, necə qorunmalı və necə inkişaf etdirilməli olduğunu parlaq şəkildə göstərir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində milli maraqlara söykənən idarəçilik ənənəsi formalaşdırılıb. Ordu quruculuğu, iqtisadi islahatlar, hüquqi dövlətçilik prinsipləri, beynəlxalq nüfuz və dövlət müstəqilliyinin dönməzliyi təmin olunub AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Ümummilli Liderin ekoloji siyasəti” sərlövhəli yazısında yer alıb. Məqaləni təqdim edirik Ümummilli Liderin ekoloji siyasəti də onun uzaqgörən dövlət xadimi olduğunu parlaq şəkildə göstərir. Heydər Əliyev Azərbaycanın təbiətini, meşələrini, su ehtiyatlarını, bioloji müxtəlifliyini xalqın milli sərvəti kimi dəyərləndirirdi. 1970-ci illərin əvvəllərindən başlayaraq ölkənin təbii ehtiyatlarının qorunması, nəsli kəsilmək təhlükəsi altında olan növlərin qorunması, reintroduksiyası, yeni yaşıl massivlərin və meşə zolaqlarının salınması geniş vüsət almışdı. ci illərdə ekologiya, ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadəyə dair 8 mühüm qanun, həmçinin Azərbaycan KP MK və Nazirlər Sovetinin 32 qərarı qəbul olunmuşdu. 1977-ci ildə “Qırmızı kitab”ın təsis edilməsini də məhz həmin dövrün mühüm nailiyyətlərindən biri hesab etmək olar. Baş Mil-Muğan kollektorunun yenidən qurulması, Kür-Araz düzənliyində 280 min hektar sahənin əkinəyararlı vəziyyətə gətirilməsi, suvarılan sahələrin 270 min hektar artırılaraq 1,45 milyon hektara çatdırılması aparılan siyasətin miqyasını açıq göstərir Həmin illərdə Şirvan, Ağgöl, İsmayıllı qoruğunda və Bəsitçay çinar meşəsində təbiət incilərinin qorunması dövlət səviyyəsində təmin edilmişdi. ci illərdə dövlət meşə fondu torpaqlarında 51 min hektar sahədə yeni meşəliklər salınmışdı. Bakı şəhərində adambaşına düşən yaşıl sahənin 1970-ci ildə 6,5 kvadratmetrdən 1975-ci ildə 17,5 kvadratmetrə çatdırılması Heydər Əliyevin yaşıllaşdırma siyasətinin real nəticələrindən idi Ulu Öndərin ekoloji baxışı şəhərsalma ilə birbaşa bağlı idi. Bakının, eləcə də digər şəhərlərimizin abadlaşdırılması, yaşıllaşdırılması, su təminatı, kanalizasiya, meliorasiya və nəqliyyat infrastrukturu ilə bağlı addımlar məhz bu baxışın tərkib hissəsi idi 1993-cü ildən sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitliyin bərpa olunması ekoloji və institusional siyasətin yenidən sistemli şəkildə qurulmasına imkan yaratdı. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması, biomüxtəlifliyin və ətraf mühitin qorunması sahəsində beynəlxalq konvensiyaların imzalanması və milli strategiyaların qəbulu bu kursun davamı oldu. Bu gün Azərbaycanın yaşıl enerji, ekoloji dayanıqlılıq və iqlim diplomatiyası sahəsində qazandığı uğurlar məhz həmin strateji xəttin üzərində yüksəlir. Ölkəmizin COP29-a uğurla ev sahibliyi etməsi də Azərbaycanın qlobal iqlim gündəliyində etibarlı tərəfdaş olduğunu təsdiqlədi Heydər Əliyev irsini daim öyrənmək, elmi baxımdan təhlil etmək, gənc nəslə çatdırmaq və həyatımızın müxtəlif sahələrində tətbiq etmək lazımdır. Dövlətçilikdə, elm və təhsildə, gənclər və qadın siyasətində, ekologiyada və şəhərsalmada Ulu Öndərin müəyyənləşdirdiyi yol bu gün də Azərbaycanı irəli aparan başlıca istiqamətlərdir. Bu yol həm tarixdir, həm məktəbdir, həm də gələcəyə aparan sağlam strateji xəritədir Anadan olmasının 103-cü ildönümündə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, onun xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri qarşısında baş əyirik. Əminik ki, Heydər Əliyev ideyaları Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik ənənəsində və gələcək nəsillərin fəaliyyətində daim yaşayacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler