Tenqri
Ana Səhifə
Dünya

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

Son zamanlar sürətlə inkişaf edən süni intellekt texnologiyaları proqram mühəndisliyi, rəqəmsal dövlət, kompüter mühəndisliyi, data analitikası, data mühəndisliyi, kibertəhlükəsizlik, informasiya hüququ, rəqəmsal kriminalistika və s. kimi ixtisaslar üzrə peşəkar kadrlara tələbatı daha da artırıb. Ar

0 baxışazertag.az
Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir
Paylaş:

Son zamanlar sürətlə inkişaf edən süni intellekt texnologiyaları proqram mühəndisliyi, rəqəmsal dövlət, kompüter mühəndisliyi, data analitikası, data mühəndisliyi, kibertəhlükəsizlik, informasiya hüququ, rəqəmsal kriminalistika və s. kimi ixtisaslar üzrə peşəkar kadrlara tələbatı daha da artırıb. Artıq ölkəmizdə rəqəmsal arxitektorlar, rəqəmsal menecerlər, sistem mühəndisləri, rəqəmsal hüquqşünaslar kimi yeni peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir. Bununla yanaşı, kadr hazırlığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində də real addımlar atılır, ali təhsilin məzmunu yenilənir, tədris materialları və dərsliklər müasir tələblərə uyğun şəkildə təkmilləşdirilir Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev deyib Akademik qeyd edib ki, dövlət başçısı tərəfindən 2022-ci ildə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Həmin proqram üzrə ixtisaslar əsas etibarilə rəqəmsal texnologiyalar, süni intellekt və digər əlaqəli ixtisasları əhatə edir. Azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində təhsil alması və sonra ölkəmizə qayıdaraq fəaliyyət göstərməsi bu sahədə kadr potensialının inkişaf etdirilməsinə verilən önəmin, diqqətin göstəricisidir O əlavə edib ki, rəqəmsal dövlət quruculuğu prosesində cəmiyyətin və dövlətin bütün sferaları üzrə kadr hazırlığı yalnız ali təhsil sistemi ilə məhdudlaşmamalıdır. Akademik vurğulayıb ki, müxtəlif təşəbbüslər və layihələr çərçivəsində biznes və vətəndaş cəmiyyəti sektorlarında da fasiləsiz təhsil, müasir bilik və bacarıqların tədrisi, kadrların yenidən hazırlanması istiqamətində sistemli və davamlı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler