Tenqri
Ana Səhifə
Dünya

Ailə qurmaq istəyənlər üçün yeni tələb gündəmdə

Deputat Göydəniz Qəhrəmanov nikah zamanı narkoloji arayışın tələb olunmasını təklif edib Publika.az Musavat.com-a istinadən xəbər verir ki, Milli Məclisin bugünkü iclasında deputat bildirib ki, narkotik vasitələrin qəbulu insan sağlamlığına ciddi zərər vurmaqla yanaşı, cəmiyyət üçün də böyük təhlük

0 baxışpublika.az
Ailə qurmaq istəyənlər üçün yeni tələb gündəmdə
Paylaş:

Deputat Göydəniz Qəhrəmanov nikah zamanı narkoloji arayışın tələb olunmasını təklif edib Publika.az Musavat.com-a istinadən xəbər verir ki, Milli Məclisin bugünkü iclasında deputat bildirib ki, narkotik vasitələrin qəbulu insan sağlamlığına ciddi zərər vurmaqla yanaşı, cəmiyyət üçün də böyük təhlükə yaradır və insanların taleyinə mənfi təsir göstərir Onun sözlərinə görə, Azərbaycanda narkomaniyaya qarşı ciddi mübarizə aparılır və bu sahədə göstəricilər bir çox ölkələrlə müqayisədə daha aşağıdır: “Bu da dövlətimizin həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir” Göydəniz Qəhrəmanov qeyd edib ki, müzakirə olunan qanun layihəsi işə qəbul olunan şəxslərin bu məsələyə daha məsuliyyətlə yanaşmasına səbəb olacaq. Deputat əlavə olaraq təklif edib ki, nikah bağlanarkən təqdim olunan tibbi arayışa əlavə olaraq, narkoloji tibb müəssisəsi tərəfindən verilmiş arayışın da tələb olunması məqsədəuyğun olar Onun sözlərinə görə, bəzi hallarda şəxsdə narkoloji asılılıq nikahdan sonra üzə çıxır və bu da ailələrin dağılmasına səbəb olur: “Əgər bu hallar əvvəlcədən müəyyən edilərsə, boşanmaların sayını azaltmaq mümkün olar” Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı fikrini bölüşüb: “Bu kimi məsələlər zaman-zaman aktual olur, xüsusilə son illərdə ailə quruculuğuna yanaşmada həssaslıq xeyli artıb. Bunun əsas səbəblərindən biri gənclər arasında bəzi mənfi meyillərin genişlənməsidir ki, bu da gələcəkdə qurulan ailələrin taleyinə ciddi təsir göstərir. Belə hallar yalnız ailədaxili münasibətlərlə məhdudlaşmır, eyni zamanda doğulacaq uşaqların sağlamlığına və gələcəyinə də mənfi təsir edə bilir. Məhz bu səbəbdən təsadüfi deyil ki, artıq bir neçə ildir evlənmədən əvvəl tibbi müayinələrin aparılması praktikası tətbiq olunur. Bu analizlər vasitəsilə müxtəlif virusların, yoluxucu və irsi xəstəliklərin vaxtında aşkarlanması mümkün olur. Bu yanaşma həm cəmiyyət, həm də mütəxəssislər tərəfindən müsbət qarşılanır və ailənin sağlam təməl üzərində qurulmasına xidmət edir. Təcrübə göstərir ki, bəzi hallarda bu analizlər qanunla tələb olunmasa belə, ailə qurmağa hazırlaşan tərəflər öz təşəbbüsləri ilə əlavə müayinələrdən keçirlər. Bu isə gələcək ailənin sağlamlığını qorumaq və mümkün riskləri əvvəlcədən aradan qaldırmaq baxımından olduqca vacib addımdır. Xüsusilə irsi xəstəliklərin qarşısının alınması və sağlam övladların dünyaya gəlməsi üçün bu cür yoxlamalar mühüm rol oynayır” Həkim deyib ki, digər mühüm məsələ isə narkotik maddələrdən istifadə ilə bağlıdır: “Bu istiqamətdə analizlərin aparılması da getdikcə daha ciddi müzakirə mövzusuna çevrilir. Həm həkim, həm də vətəndaş olaraq müşahidə edirik ki, ailə qurmaq istəyən tərəflər arasında qarşı tərəfin narkotik asılılığının olub-olmaması ilə bağlı ciddi narahatlıq mövcuddur. Çünki belə bir problemin olması gələcək ailə həyatında çox ağır nəticələrə, hətta münasibətlərin dağılmasına gətirib çıxara bilər. Bu baxımdan, narkotiklərlə bağlı analizlərin də evlilik öncəsi müayinələr siyahısına daxil edilməsi ailə sağlamlığının qorunması, sağlam nəsil yetişdirilməsi və sosial problemlərin qarşısının alınması baxımından məqsədəuyğun hesab oluna bilər. Eyni zamanda bu cür tədbirlər gəncləri zərərli vərdişlərdən uzaq durmağa təşviq edir və ailələrin bu sahədə nəzarət imkanlarını gücləndirir” Pediatr Vaqif Qarayevin də öz sosial media hesabında paylaşdığı fikirlər diqqət çəkir: “Nikahdan əvvəl narkoloji arayış təklif olunur. Məncə, psixiatrik müayinə də vacibdir. İnsan haqları pozulurmu, yox. Haqları pozulan dağılan ailələrdə doğulan uşaqlardır” Bu gün Bakıda 550 küçə yuyuldu - Foto Lənkəranda “Mediada Azərbaycan dili” mövzusunda təlim keçirildi Qanuna da məhəl qoyulmur: Azərbaycanda hələ də qohum evlilikləri var Azərbaycanda göllər yaşayış sahəsinə necə çevrilir? - Şok səbəblər bəlli oldu Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli görüntülər yayıldı Bu ərazilər də yağış sularından təmizlənir - Video Türkiyədə güclü zəlzələ baş verdi Ayxan Abbasovdan ayrılıq açıqlaması - İlk dəfədir ki… Həftədə 500 min avro qazanır: Qızının sınıq telefonu gündəm oldu Parkinson xəstəliyinin qarşısını bu üsullarla almaq olar Yaşlı kişinin mənzilindən 250 it tapıldı - Video+Foto Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi Masazırda öldürülən qadınlar yaxın qohum imiş - Təfərrüatlar(Yenilənib) Bakının bu ərazisində sürüşmə baş verdi

Kaynak: publika.az

Diğer Haberler

Ailə qurmaq istəyənlər üçün yeni tələb gündəmdə | Tenqri