Tenqri
Ana Səhifə
Dünya

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti arasında müdafiə sənayesinin gücləndirilməsi və müdafiə hazırlığının artırılmasına yönəlmiş yeni qanunvericilik paketi üzrə ilkin razılıq əldə olunub AZƏRTAC xəbər verir ki, razılaşma müdafiə satınalmaları, investisiyalar və sərhədlərarası əməkdaşlıq

0 baxışazertag.az
Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib
Paylaş:

Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti arasında müdafiə sənayesinin gücləndirilməsi və müdafiə hazırlığının artırılmasına yönəlmiş yeni qanunvericilik paketi üzrə ilkin razılıq əldə olunub AZƏRTAC xəbər verir ki, razılaşma müdafiə satınalmaları, investisiyalar və sərhədlərarası əməkdaşlıq sahələrində inzibati maneələrin aradan qaldırılmasını nəzərdə tutur Sənəddə Avropa Müdafiə Fondunun (EDF) idarə olunması və həyata keçirilməsi prosedurlarının sadələşdirilməsi, kiçik və orta müəssisələrin layihələrdə iştirakının genişləndirilməsi və fondun fəaliyyətinin daha proqnozlaşdırılan olması əksini tapıb Razılaşmaya əsasən, EDF layihələrində iştirak edən kiçik və orta müəssisələr üçün maliyyələşdirmə bonusları artırılacaq. Eyni zamanda, üzv dövlətlərin Fond tərəfindən maliyyələşdirilən layihələrin nəticələrinə çıxış hüquqları qorunacaq, sənaye subyektlərinin əqli mülkiyyət hüquqlarının müdafiəsi təmin ediləcək Yeni qaydalar müdafiə hazırlığı layihələri üçün icazələrin verilməsini də sürətləndirəcək. Bundan başqa, müdafiə məhsullarının Aİ daxilində transferi və satınalma prosedurları sadələşdiriləcək, birgə satınalmalar üçün yeni imkanlar yaradılacaq. Razılaşma çərçivəsində sertifikatlaşdırılmış təchizatçılar və alıcılar arasında, eləcə də Aİ daxilində sənaye tərəfdaşlıqları üzrə transferlər üçün iki yeni məcburi ümumi lisenziya növü tətbiq ediləcək Tərəflər, həmçinin insan sağlamlığının və ətraf mühitin yüksək səviyyədə qorunması prinsipinin saxlanıldığını vurğulayıblar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler