Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının qərarında bildirilib Məlumata görə, yeni sanksiyalar çərçivəsində 80-dən çox fiziki şəxs və təşkilat qara siyahıya daxil edilib. Siyahıda Rusiyanın dost hesab e

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının qərarında bildirilib Məlumata görə, yeni sanksiyalar çərçivəsində 80-dən çox fiziki şəxs və təşkilat qara siyahıya daxil edilib. Siyahıda Rusiyanın dost hesab etdiyi bəzi ölkələrdən olan qurum və şəxslər də yer alıb Sanksiya tətbiq edilənlər arasında Rusiyanın Baş prokuroru Aleksandr Qutsan, Simferopol və Krım mitropoliti Tixon, vəkil və keçmiş ombudsman Pavel Astaxov da var Bundan başqa, “Lukoyl – Qərbi Sibir” şirkəti, Prezident Mədəni Təşəbbüslər Fondu, üz tanıma sistemləri hazırlayan NtechLab şirkətinin holdinq qurumu olan “NTK”, hərbi innovasiya texnoparkı “Era”, Lavoçkin adına Elmi-İstehsalat Birliyi və İjevsk Aviasiya Zavodu da sanksiya siyahısına salınıb


