Aİ Qarabağda və digər regionlarda yeni layihələr hazırlayır
Avropa İttifaqı (Aİ) Qarabağ və regionlarda sahibkarlığa yeni dəstək layihələri hazırlayır 525.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə h

Avropa İttifaqı (Aİ) Qarabağ və regionlarda sahibkarlığa yeni dəstək layihələri hazırlayır 525.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə həsr edilmiş brifinqdə deyib O bildirib ki, Aİ Azərbaycanın regionlarında həyata keçirilən layihələrə hər zaman xüsusi əhəmiyyət verib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Nümunə olaraq Gəncədə həyata keçirilən layihələrə diqqət çəkən diplomat deyib ki, Aİ-nin dəstəyi ilə Gəncədə su resurslarının idarə olunması, şəhərin küçə işıqlandırılması sisteminin yenilənməsi layihələri reallaşdırılıb: “Gəncə üçün müasir və enerjiyə qənaət edən küçə işıqlandırılması sisteminin yaradılması həm təhlükəsizlik, həm də enerji səmərəliliyi baxımından mühüm əhəmiyyət daşıyır Gəncədə həyata keçirilən əsas investisiya layihələrindən biri bərk məişət tullantılarının idarə olunması ilə bağlıdır Bu layihə çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən 10 milyon avro kredit ayrılır. Avropa İttifaqı isə həmin krediti dəstəkləmək məqsədilə 4,1 milyon avro qrant təqdim edir”. Viktor Bojkov qeyd edib ki, layihə çərçivəsində tullantıların daşınması üçün xüsusi yük maşınları və tullantı konteynerləri alınacaq: "Yaxın vaxtlarda bu avadanlıqları Gəncə küçələrində görmək mümkün olacaq. Bununla yanaşı, avtomatlaşdırılmış nəqliyyat vasitələrinin izlənilməsi sistemi və “ağıllı” tullantı toplama sistemi də tətbiq ediləcək” Viktor Bojkov Lənkəran və Astara regionlarında illik büdcəsi 15 milyon avro olan proqramdan da söz açıb Onun sözlərinə görə, həmin layihə çərçivəsində yerli kənd təsərrüfatı istehsalçılarına dəstək göstərilib və proqram ciddi nəticələr verib Aİ rəsmisi bildirib ki, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birlikdə Qarabağ regionunda yeni investisiya layihəsi hazırlanır: “Bu layihə yerli sahibkarlığın, xüsusilə də kiçik sahibkarlığın inkişafını stimullaşdırmağa yönəlib”. V.Bojkov əlavə edib Qeyd edib ki, həyata keçirilən layihələrin bir hissəsi geniş ictimaiyyət üçün o qədər də görünən olmaya bilər “Bu səbəbdən biz regionlara səfər edir, yerli ictimaiyyət və media nümayəndələri ilə görüşür, həyata keçirilən layihələrin şəhərlərə və icmalara necə fayda verdiyini izah etməyə çalışırıq”


