Tenqri
Ana Səhifə
Dünya

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

Avropa İttifaqının Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 200 milyard dolları keçib AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu məlumatları Baş nazir Oljas Bektenov “Qazaxıstan-Aİ” Dialoq Platformasının 19-cu iclasında təqdim edib Hökumə

0 baxışazertag.az
Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib
Paylaş:

Avropa İttifaqının Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 200 milyard dolları keçib AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu məlumatları Baş nazir Oljas Bektenov “Qazaxıstan-Aİ” Dialoq Platformasının 19-cu iclasında təqdim edib Hökumətin məlumatına görə, hazırda Qazaxıstanın xarici ticarətinin 30 faizindən çoxu Aİ-nin payına düşür Ötən ilin yekunlarına görə Qazaxıstanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 45,2 milyard dollar təşkil edib. Bu ilin ilk dörd ayında qarşılıqlı ticarətin həcmi 12,4 milyard dollara çatıb, Qazaxıstanın ixracı isə 9,27 milyard dollar təşkil edib O.Bektenov vurğulayıb ki, Qazaxıstan enerji təhlükəsizliyi, sənaye əməkdaşlığı və nəqliyyat əlaqələrinin inkişafı məsələlərində Aİ-nin etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşı olaraq qalır İclas zamanı investisiya mühiti, texniki standartların və tənzimləyici yanaşmaların uyğunlaşdırılması, gömrük inzibatçılığı və geoloji kəşfiyyat, kritik vacib mineral ehtiyatlar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub İclas Avropa ölkələrindən olan diplomatik missiyaların rəhbərləri, iri beynəlxalq biznes assosiasiyaları və şirkət nümayəndələrinin iştirakı ilə keçib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler