Tenqri
Ana Səhifə
Dünya

Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib

Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu (EPF) çərçivəsində Livan Silahlı Qüvvələrinin müdafiə potensialının gücləndirilməsi üçün 100 milyon avro həcmində yeni yardım paketini təsdiqləyib AZƏRTAC xəbər verir ki, bu, EPF çərçivəsində Livana ayrılan dördüncü ikitərəfli yardım tədbiridir. Bununla da Aİ

0 baxışazertag.az
Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib
Paylaş:

Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu (EPF) çərçivəsində Livan Silahlı Qüvvələrinin müdafiə potensialının gücləndirilməsi üçün 100 milyon avro həcmində yeni yardım paketini təsdiqləyib AZƏRTAC xəbər verir ki, bu, EPF çərçivəsində Livana ayrılan dördüncü ikitərəfli yardım tədbiridir. Bununla da Aİ-nin bu mexanizm vasitəsilə ölkəyə göstərdiyi ümumi dəstək 182 milyon avroya çatıb Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, İsrail ilə Livan arasında atəşkəsin uzadılması ölkədə sabitliyin bərpası üçün imkan yaradır. Onun sözlərinə görə, yeni maliyyə paketi Livan dövlətinin silahlara nəzarət imkanlarını gücləndirməyə və qeyri-dövlət silahlı qruplarının təsirini azaltmağa kömək edəcək Aİ Şurasının məlumatına görə, yardım paketi Livan Silahlı Qüvvələrinin ölkə ərazisinə nəzarət, sərhəd və təhlükəsizlik imkanlarının artırılmasına, mülki əhalinin qorunmasına və dövlətin silahlı qüvvələr üzərində müstəsna səlahiyyətlərinin möhkəmləndirilməsinə yönəlib Ölümcül silahları əhatə etməyən dəstək çərçivəsində hərbi avadanlıq və təlimlər təqdim olunacaq. Paket ərazi nəzarəti, çoxşaxəli əməliyyat məlumatlılığı, dəniz təhlükəsizliyi, strateji hərbi obyektlərin mühafizəsi və hərbi səhiyyə sahələrini əhatə edir Aİ qərarın Livanın suverenliyi, ərazi bütövlüyü və dövlət institutlarının möhkəmləndirilməsinə dəstək məqsədi daşıdığını açıqlayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler