Tenqri
Ana Səhifə
Dünya

Aİ Kulevi limanının Rusiyaya qarşı 20-ci sanksiyalar paketindən istisna edildiyini təsdiqləyib

Kulevi limanı Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə daxil edilməyib - Brüssel Gürcüstanın və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - limanın operatoru) Rusiya neftinə dair məhdudiyyətlərə riayət etmək öhdəliklərini qəbul edib "Report"un Avropa bürosu xəbər verir ki, b

0 baxışreport.az
Aİ Kulevi limanının Rusiyaya qarşı 20-ci sanksiyalar paketindən istisna edildiyini təsdiqləyib
Paylaş:

Kulevi limanı Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə daxil edilməyib - Brüssel Gürcüstanın və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - limanın operatoru) Rusiya neftinə dair məhdudiyyətlərə riayət etmək öhdəliklərini qəbul edib "Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə Aİ-nin yüksək vəzifəli nümayəndəsi təsdiqləyib Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti və SOCAR Aİ-ni əmin ediblər ki, sanksiyalar altında olan gəmilərə xidmət göstərməyəcək, həmçinin Rusiya neftindən istehsal olunan neft məhsullarının Aİ-yə tədarükünə qoyulan qadağaya riayət olunmasını təmin edəcəklər "Nail olmaq istədiyimiz hər şeyi öhdəliklər şəklində əldə etdik və fikrimizcə, bu, sanksiyalar siyahısına daxil edilməkdən daha səmərəli yanaşmadır", - Aİ nümayəndəsi bildirib O əlavə edib ki, Aİ bu zəmanətlərin yerinə yetirilməsini diqqətlə izləyəcək Brüsseldə qeyd ediblər ki, bu hal daha geniş tendensiyanı əks etdirir: üçüncü ölkələr və infrastruktur operatorları Aİ-nin sanksiya rejimini pozmamağa çalışır və əməkdaşlığa hazır olduqlarını nümayiş etdirirlər Daha əvvəl Kulevinin sanksiyalar paketinə daxil edilməsi imkanı müzakirə olunurdu, lakin diplomatik məsləhətləşmələrdən sonra bu addımdan imtina edilib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler