Tenqri
Ana Səhifə
Dünya

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Avropa İttifaqının (Aİ) miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner Almaniya və bəzi digər üzv dövlətləri daxili sərhəd nəzarətini mərhələli şəkildə azaltmağa çağırıb AZƏRTAC xəbər verir ki, komissar Almaniyanın Funke Media Qrupuna açıqlamasında Aİ Komissiyasının mövqeyinə görə, sərhəd nəzar

0 baxışazertag.az
Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb
Paylaş:

Avropa İttifaqının (Aİ) miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner Almaniya və bəzi digər üzv dövlətləri daxili sərhəd nəzarətini mərhələli şəkildə azaltmağa çağırıb AZƏRTAC xəbər verir ki, komissar Almaniyanın Funke Media Qrupuna açıqlamasında Aİ Komissiyasının mövqeyinə görə, sərhəd nəzarətinin tədricən aradan qaldırılmasının həm mümkün, həm də məqsədəuyğun olduğunu vurğulayıb. Komissar bu yanaşmanın Almaniyaya da aid olduğunu bildirib Aİ-də sığınacaq müraciətlərinin sayının son dövrlərdə kəskin azaldığını qeyd edən M.Brunner bildirib ki, xarici sərhədlərin mühafizəsinin gücləndirilməsi və Aİ üzrə vahid giriş-çıxış sisteminin tətbiqi kimi tədbirlər artıq nəticə verməyə başlayıb Komissar bu açıqlamanı Avropanın yeni miqrasiya və sığınacaq islahatlarının qüvvəyə minməsinə bir həftə qalmış verib. O, həmçinin Aİ-nin xarici sərhədlərində yaradılması planlaşdırılan sığınacaq mərkəzlərində minimum humanitar standartların təmin ediləcəyini bildirib. M.Brunner vurğulayıb ki, həmin mərkəzlərdə səhiyyə xidmətlərinə və təhsilə çıxış təmin olunmalı, müraciət edənlər üçün ədalətli yaşayış şəraiti yaradılmalıdır Qeyd edək ki, bir sıra Aİ ölkələri hazırda Şengen məkanında müvəqqəti sərhəd nəzarəti tətbiq edir. Almaniya Avstriya ilə sərhəddə 2015-ci ildən, Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə isə 2024-cü ilin sentyabrından yoxlamalar həyata keçirir. Ötən ilin mayında sərhəd nəzarəti daha da sərtləşdirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler