Tenqri
Ana Səhifə
Dünya

Aİ aviasərnişinlərin hüquqları ilə bağlı qaydaların islahatını razılaşdırıb

Avropa Parlamentinin (AP), Avropa İttifaqı (Aİ) ölkələrinin və Avropa Komissiyasının (AK) müzakirəçiləri 20 ildən çox müddət ərzində ilk dəfə olaraq mövcud kompensasiya və aviaşirkətlərin öhdəlikləri sistemini yeniləyərək, aviasərnişinlərin hüquqları ilə bağlı qaydalara yenidən baxılması barədə razı

0 baxışreport.az
Aİ aviasərnişinlərin hüquqları ilə bağlı qaydaların islahatını razılaşdırıb
Paylaş:

Avropa Parlamentinin (AP), Avropa İttifaqı (Aİ) ölkələrinin və Avropa Komissiyasının (AK) müzakirəçiləri 20 ildən çox müddət ərzində ilk dəfə olaraq mövcud kompensasiya və aviaşirkətlərin öhdəlikləri sistemini yeniləyərək, aviasərnişinlərin hüquqları ilə bağlı qaydalara yenidən baxılması barədə razılığa gəliblər "Report"un Avropa bürosunun xəbərinə görə, bu barədə AP-dəki müşavirənin yekunları üzrə Strasburqda keçirilən mətbuat konfransında bildirilib Əldə edilmiş kompromisə əsasən, reys ləğv edildikdə və ya üç saatdan çox gecikdikdə sərnişinlər kompensasiya hüququnu özlərində saxlayacaqlar. Ödənişlərin məbləği dəyişməz qalacaq: "1 500 km-ə qədər olan reyslər üçün 250 avro, 1 500-dən 3 500 km-ə qədər olan reyslər üçün 400 avro və daha uzaq məsafəli marşrutlar üçün 600 avro" Avropa komissarı Apostolos Sisikostasın sözlərinə görə, yeni qaydalar tələblərə baxılma müddətləri və daha dəqiq prosedurlar hesabına kompensasiyaların alınmasını asanlaşdıracaq. Aviaşirkətlər uçuş cədvəlinin pozulmasından sonrakı 96 saat ərzində sərnişinləri onların hüquqları və şikayət qaydası barədə məlumatlandırmalı olacaq. Razılaşma həmçinin daşıyıcıların kompensasiya ödəməkdən azad edilə biləcəyi fövqəladə halların siyahısını da dəqiqləşdirir Yenilənmiş qaydalar həmçinin bilet və əl yükü qiymətləri daxil olmaqla, daha şəffaf tarif siyasətini nəzərdə tutur. Bu da müxtəlif aviaşirkətlərin təkliflərini müqayisə etməyə imkan verəcək Sərnişin marşrutun ilk hissəsindən istifadə etmədiyi təqdirdə, hazırda aviaşirkətlərin adi təcrübəsi olan geri dönüş biletinin ləğv edilməsi (belə adlandırılan no-show) praktikası qadağan edilir "Aviaşirkətlər valideynlərə uşaqları (14 yaşdan kiçik) ilə yanaşı yerləri pulsuz təqdim etməli olacaq", - bolqarıstanlı deputat Andrey Novakov bildirib Həmçinin uçuşdan əvvəl uzunmüddətli gecikmə zamanı sərnişinləri təyyarənin göyərtəsində saxlamağa icazə verilməyəcək, eləcə də hərəkət imkanları məhdud və əlilliyi olan sərnişinlərin hüquqları, o cümlədən onların xüsusi avadanlıqlarının qorunması gücləndirilir Sisikostas qeyd edib ki, razılaşma qanunvericiliyin mövcud əhatə dairəsini qoruyub saxlayır: "Qaydalar Aİ-dən yola düşən bütün reyslərə, eləcə də Avropa aviaşirkətləri tərəfindən həyata keçirilən dönüş reyslərinə şamil ediləcək" Razılaşma hələ AP və blok dövlətləri tərəfindən rəsmi olaraq təsdiqlənməlidir. Yeni qaydalar Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonra 2027-ci ilin ortalarından etibarən tətbiq olunmağa başlayacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler