Tenqri
Ana Səhifə
Dünya

Şahmar Mövsümov: Regional müşavirənin məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəfləri birgə müzakirə etməkdir

Aqrar sahədə yeni Dövlət Proqramının əsas nəticələri məhz yerlərdə formalaşacaq. Məhsuldarlığın artırılması, yeni bağların salınması, müasir suvarma sistemlərinin tətbiqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, emal müəssisələrinin yaradılması, saxlama və logistika imkanlarının genişləndi

0 baxışazertag.az
Şahmar Mövsümov: Regional müşavirənin məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəfləri birgə müzakirə etməkdir
Paylaş:

Aqrar sahədə yeni Dövlət Proqramının əsas nəticələri məhz yerlərdə formalaşacaq. Məhsuldarlığın artırılması, yeni bağların salınması, müasir suvarma sistemlərinin tətbiqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, emal müəssisələrinin yaradılması, saxlama və logistika imkanlarının genişləndirilməsi kimi hədəflər yalnız dövlət qurumlarının deyil, fermerlərin, sahibkarların və investorların birgə səyləri nəticəsində reallaşa bilər AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Aqrar sahədə yeni Dövlət Proqramının tanıtımı ilə bağlı Göygöldə keçirilən regional müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib O deyib ki, regional müşavirənin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəf və vəzifələri birgə müzakirə etmək, fermerlərin və sahibkarların rəy və təkliflərini dinləmək, yerlərdə mövcud vəziyyəti qiymətləndirmək və proqramın icrası ilə bağlı qarşıda duran vəzifələri dəqiqləşdirməkdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler