Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri “Gimnastika hamı üçün” 4-cü Bakı beynəlxalq festivalında iştirak ediblər Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən m

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri “Gimnastika hamı üçün” 4-cü Bakı beynəlxalq festivalında iştirak ediblər Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fəvvarələr meydanında təşkil olunan turnirdə 7 ölkədən 60 komanda yer alıb İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin komandası turnirdə “70-ci illərin gəncləri” komandası ilə təmsil olunub və uğur əldə edib Ümumilikdə 900 nəfərin iştirak etdiyi turnirdə ahıllar rəngarəng çıxışları ilə ikinci yerə layiq görülüblər Qeyd edək ki, müəssisənin yarışda iştirak edən sakinləri üçün mütəxəssislər tərəfindən intensiv məşqlər təşkil edilib. Onlar məşq zamanı müxtəlif rəqslər, fləşmob çıxışları və sadə akrobatik hərəkətlər icra ediblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
