Tenqri
Ana Səhifə
İdman

“Şahin” hərbi-idman oyununun Qarabağ regionu üzrə zona birinciliyinin qalibi müəyyənləşib

“Şahin” hərbi-idman oyununun Qarabağ regionu üzrə zona birinciliyinin qalibi məlum olub. Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, Tərt

0 baxışazertag.az
“Şahin” hərbi-idman oyununun Qarabağ regionu üzrə zona birinciliyinin qalibi müəyyənləşib
Paylaş:

“Şahin” hərbi-idman oyununun Qarabağ regionu üzrə zona birinciliyinin qalibi məlum olub. Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, Tərtər Olimpiya İdman Kompleksində keçirilən yarışda Qarabağ regionu üzrə 7 komanda iştirak edib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın açılış mərasimində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Türkan Kərimli və digər çıxış edənlər “Şahin” hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyətini, ordu sıralarında xidmətə hazırlıqda bu yarışın böyük təsiri olduğunu qeyd edərək, iştirakçılara uğurlar arzulayıblar Zona mərhələsində Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Şuşa, Füzuli, Xocalı rayonlarının komandaları müxtəlif mərhələlərdə bacarıqlarını nümayiş etdiriblər. Zona yarışında birinci yeri tutan Tərtər rayon Azad Qaraqoyunlu kənd tam orta məktəbin komandası Goranboy rayonunda təşkil olunacaq “Şahin” hərbi-idman oyununun respublika mərhələsində iştirak edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler