"Şahdəniz" yatağı üzrə Pay Bölgüsü haqqında Sazişin imzalanmasından 30 il ötür
Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağı 30 illiyini qeyd edir "Report" yatağın operatoru "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, bu həm Azərbaycan hökuməti, həm də BP və onun "Şahdəniz" üzrə tərəfdaşları üçün mühüm bir hadisədir. 30 il bundan əvvəl, 4 iyu

Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağı 30 illiyini qeyd edir "Report" yatağın operatoru "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, bu həm Azərbaycan hökuməti, həm də BP və onun "Şahdəniz" üzrə tərəfdaşları üçün mühüm bir hadisədir. 30 il bundan əvvəl, 4 iyun 1996-cı il tarixində "Şahdəniz" yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və xarici şirkətlər arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin oktyabrın 17-də qüvvəyə minib "Şahdəniz" dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir və BP-nin indiyə qədər kəşf etdiyi ən böyük qaz yatağıdır. 20 ilə yaxındır ki, "Şahdəniz" Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təchiz edir 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin tamamlanması nəticəsində "Şahdəniz" Xəzərdən minlərlə mil uzaqda yerləşən Avropa istehlakçılarını qazla təmin etməklə Avropa üçün yeni enerji təchizatı mənbəyinə çevrilib "Şahdəniz" yatağının kəşf edilməsi və işlənməsi Azərbaycanın regional və beynəlxalq miqyasda iri qaz təchizatçısı kimi artan rolunu gücləndirərək ölkənin qarşıdan gələn onilliklər ərzində neft və qaz gəlirlərinin artmasına zəmin yaradıb. Bu layihə Azərbaycanı ən irihəcmli birbaşa xarici investisiya ilə təmin etmiş və ölkə iqtisadiyyatını daha da gücləndirib. Azərbaycan quruda yerləşən yeni obyektlərə, dəniz qurğularına və ixrac infrastrukturuna sahib olub. Bunların hamısı qabaqcıl texnologiyalardan istifadə etməklə beynəlxalq standartlara uyğun inşa edilib "Şahdəniz" üzrə sazişin imzalanmasının 30-cu ildönümü Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir mərhələdir. Bu həmçinin SOCAR, BP və "Şahdəniz" sazişi üzrə bütün digər tərəfdaşlar üçün tarixi əhəmiyyət daşıyan bir gündür Qeyd edək ki, "Şahdəniz" Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir. Nəhəng yatağın sahəsi 140 kvadrat kilometrdən çoxdur. Yataq 1999-cu ildə kəşf edilib. Yatağda ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var "Şahdəniz" yatağından ilk hasilat 2006-cı ildə əldə edilib. Bu o deməkdir ki, bu il həm də yataqdan ilk hasilatın 20 ili tamam olur. 17 dekabr 2013-cü il tarixində "Şahdəniz" konsorsiumu Şahdəniz 2 layihəsinin işlənməsi üçün yekun investisiya qərarını elan etdi. Şahdəniz yatağının ikinci fazası 2018-ci ildə hasilata başlayıb Xatırladaq ki, 2025-ci ildə "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından ümumilikdə təxminən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil olunub. İlk hasilat başlayandan 2026-cı ilin 1-ci rübünün sonunadək "Şahdəniz" yatağından 271 milyard kubmetr qaz və təxminən 53 milyon ton kondensat hasil olunub "Şahdəniz" quyuları BP-nin ən məhsuldar quyuları sırasındadır. Şirkətin dünya üzrə ən yüksək hasilat göstəricisinə malik 20 quyusundan 17-si Şahdəniz yatağındadır. Bu isə yataq layının yüksək keyfiyyətini və əməliyyat mükəmməlliyini aydın şəkildə nümayiş etdirir. Hazırda "Şahdəniz" yatağının ən məhsuldar quyusundan hasilat gündə 28 min barel neft ekvivalenti təşkil edir. Bu günə qədər "Şahdəniz" yatağında ümumilikdə 34 quyu, o cümlədən Şahdəniz 1 çərçivəsində 11, Şahdəniz 2 çərçivəsində isə 23 quyu qazılmışdır. Bu quyulardan 32-si hazırda istismardadır 2006-cı ildə istifadəyə verildikdən etibarən Cənub Qaz Boru Kəməri (CQBK), eləcə də Cənub Qaz Kəmərinin Genişləndirilməsi (CQBKG) vasitəsilə daxili bazarlar da daxil olmaqla təxminən 271 milyard kubmetr Şahdəniz qazı ixrac edilib. 2026-cı ilin 1-ci rübünün sonuna "Şahdəniz" layihəsi üzrə fəaliyyətlərə ümümilikdə 31 milyard ABŞ dolları əsaslı xərclər çəkilib. Layihənin texniki təhlükəsizlik üzrə çox yüksək göstəriciləri var və ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi "Şahdəniz" çərçivəsində 16 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və 98 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


