Tenqri
Ana Səhifə
Dünya

"Şahdağ Qusar"ın baş məşqçisi Füzuli Məmmədov: "Əsas hədəfimiz I Liqada çempion olmaqdır"

"Şahdağ Qusar" futbol klubunun əsas hədəfi I Liqada çempion olmaqdır Bunu "Report"a açıqlamasında komandaya yeni təyin olunmuş baş məşqçi Füzuli Məmmədov deyib Təcrübəli mütəxəssis iddialı komanda yaratmaq istədiklərini diqqətə çatdırıb: "Məqsədimiz çempionluq və Premyer Liqaya çıxmaqdır. Klub rə

0 baxışreport.az
"Şahdağ Qusar"ın baş məşqçisi Füzuli Məmmədov: "Əsas hədəfimiz I Liqada çempion olmaqdır"
Paylaş:

"Şahdağ Qusar" futbol klubunun əsas hədəfi I Liqada çempion olmaqdır Bunu "Report"a açıqlamasında komandaya yeni təyin olunmuş baş məşqçi Füzuli Məmmədov deyib Təcrübəli mütəxəssis iddialı komanda yaratmaq istədiklərini diqqətə çatdırıb: "Məqsədimiz çempionluq və Premyer Liqaya çıxmaqdır. Klub rəhbərliyi ilə görüşdə də əsas hədəfin bu olduğu müəyyənləşdi. Fikirlərimiz üst-üstə düşdü. İndi biz o səviyyəyə uyğun, bu hədəfi düşünən futbolçularla heyəti formalaşdırmalıyıq. İlk istəyimiz hədəfə uyğun heyət qurmaq, daha sonra isə öz oyun fəlsəfəmi "Şahdağ Qusar"da həyata keçirməkdir" O, transfer planları və komandaya cəlb olunacaq əcnəbi oyunçuların sayı barədə də məlumat verib: "Artıq futbolçularla danışıqlar gedir. Plana uyğun olaraq heyətdə həm təcrübəli, həm də gənc, perspektivli oyunçular yer alacaq. Çünki planımız 1 illik deyil, növbəti mövsümü də düşünürük. I Liqada limitə əsasən meydana maksimum 3 legioner çıxa bilər. Biz də buna uyğun heyətə ən azı 5 əcnəbi futbolçu cəlb etmək niyətindəyik" F.Məmmədov I Liqanın ümumi səviyyəsi və "Şahdağ Qusar"ın potensialı barədə fikirlərini də bölüşüb: "I Liqada işləmək asan deyil, keyfiyyət hər il yüksəlir. Keçmişə nəzər salsaq, görərik ki, "Şahdağ Qusar" hər zaman iddialı olub, II Liqada çempionluq qazanaraq bura yüksəlib. 2025/2026 mövsümündə debüt etməsinə baxmayaraq, komanda 5-ci yeri tutub. Amma builki hədəf Premyer Liqa olduğu üçün daha da güclənməliyik. Bilirsiniz ki, I Liqada təcrübəm böyükdür, xeyli müddət çalışmışam. Ona görə də elə heyət qurulmalıdır ki, hədəfimizə çataq" Komandanın hazırlıq və ev oyunlarını keçirəcəyi stadion məsələsinə toxunan mütəxəssis mövcud vəziyyəti təsvir edib: "Rəhbərlik şəraitin yaxşı olması üçün maksimum dəstək verir. Hazırda plan belədir ki, komanda Bakıda məskunlaşacaq, məşqlərini burada keçəcək. Qusarda stadion tikilir və onun tam hazır olmasına bir az zaman lazımdır. Təmir işləri getdiyinə görə böyük ehtimalla bu il ev oyunlarımızı Şamaxı, Bakı və ya Quba stadionlarının birində keçirəcəyik" Füzuli Məmmədov "Karvan-Yevlax" klubundan ayrılmasının səbəbi haqqında sualı da cavablandırıb: "Mövsümün gedişində rəhbərlik mənə komandada qalmağı təklif etmişdi. Komanda həmişəki kimi iddialı olacaqdı. "Karvan-Yevlax"ın infrastrukturu Premyer Liqa üçün tam uyğundur və rəhbərlik orada çox yaxşı işlər görüb. Lakin "Şahdağ Qusar"ın təklifi daha cəlbedici idi və fikirlərimiz bir çox məqamda üst-üstə düşdü. I Liqada hər oyun çətindir. Düşünürəm ki, 4-5 komanda birincilik uğrunda ciddi mübarizə aparacaq" Qeyd edək ki, "Şahdağ Qusar" Füzuli Məmmədovla "1+1" illik müqavilə imzalayıb. Komanda 2025/2026 mövsümündə Azərbaycan I Liqasını 43 xalla 5-ci pillədə başa vurub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler