Agentliyin direktoru THE sammitində məzunların məşğulluğu sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışıb
“Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən Avropa Universitetləri Sammiti İtaliyanın Milan şəhərində işə başlayıb Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, direktor Ülkər Səttarova sammit çərçivəsində təşkil olunan “Məzunların məşğull

“Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən Avropa Universitetləri Sammiti İtaliyanın Milan şəhərində işə başlayıb Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, direktor Ülkər Səttarova sammit çərçivəsində təşkil olunan “Məzunların məşğulluğuna yeni baxış” adlı panel sessiyada çıxış edib Çıxış zamanı sözügedən istiqamətlər üzrə icra olunan pilot layihələr, universitetlərin SABAH qruplarında sahibkarlıq modulunun tədrisi, həmçinin Yüksək Texnologiyalar Parkında yaradılması planlaşdırılan texnoloji transfer mərkəzləri və innovasiya ekosistemi üzrə nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verib Sessiyada ali təhsildə məşğulluq anlayışının strateji yanaşmalar əsasında formalaşdırılması, tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması və işəgötürənlərlə əməkdaşlıq mexanizmləri də müzakirə olunub Panel sessiyada Macarıstanın Obuda Universitetinin rektoru Levente Kovaç və İtaliyanın Bokkoni Universitetinin dekanı Karlo Salvato da iştirak ediblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Hazırda Özbəkistanda İkinci Dünya Müharibəsi veteranı və onlara bərabər tutulan 60 nəfər yaşayır

Neytrallıq, sanksiyalar və məhbusların taleyi. Ukraynanın Qırğızıstandakı səfiri ilə - müharibə və Orta Asiya ilə əlaqələr haqqında
