AFFA prezidentinin gicgahına tuşlanan silah: Tətikdə kimin barmağıdır?
AFFA prezidenti Rövşən Nəcəf PFL-in ləğv ediləcəyi və ya fəaliyyət dairəsinin daraldılacağı ilə bağlı şayiələrə münasibət bildirib Həmişə belə olur: Əvvəlcə şayiə yayırlar, sonra reallaşdırırlar Rövşən Nəcəf bu şayiəyə birmənalı cavab verməyib. Amma eyham vurub ki... Yəni PFL-in işini tərifləməyib

AFFA prezidenti Rövşən Nəcəf PFL-in ləğv ediləcəyi və ya fəaliyyət dairəsinin daraldılacağı ilə bağlı şayiələrə münasibət bildirib Həmişə belə olur: Əvvəlcə şayiə yayırlar, sonra reallaşdırırlar Rövşən Nəcəf bu şayiəyə birmənalı cavab verməyib. Amma eyham vurub ki... Yəni PFL-in işini tərifləməyib. Baxmayaraq ki, özünün də dediyi kimi, PFL elə AFFA-nın ona ötürdüyü səlahiyyətləri icra edir. Amma icra edir, iş görür. Düzdür, çatışmazlıqlar da var, olmalıdır da. Ancaq AFFA-nın gördüyü işin yanında işdir ha PFL-in gördüyü iş. Yəni əslində bu səlahiyyətləri icra etməklə AFFA-nı tənqidlərdən xeyli qoruyur, xilas edir PFL Allah eləməsin, PFL-in səlahiyyətlərini elə AFFA özü icra etsəydi, indi Azərbaycan çempionatının təşkilində zibil zibilə qarışmışdı Və belə vaxtda kimsə Rövşən Nəcəfə deyir ki, PFL-i ləğv etmək lazımdır, onun gördüyü işi elə AFFA da görər Deyəsən, Rövşən Nəcəf də buna inanıb. Adamın AFFA-nın gördüyü işdən xəbəri yoxdur axı. Məsələn, biri hakimlik problemi Bir neçə ildən sonra Azərbaycan futbolunda da Türkiyədəki durum yarana, “qumar əməliyyatı” keçirilə, Rəhim Həsənovun, Əliyar Ağayevin videoları da yayıla bilər Hakimliklə bağlı indi baş verənlər buna dəlalət edir. Budur AFFA-nın gördüyü iş Kimsə Rövşən Nəcəfə deyib ki, PFL-in də işini görə bilərik, hakimlikdəki iş kimi. Bu, gicgaha dirənmiş silahdır PFL ləğv edilsə, Azərbaycan liqalarının təşkilində xaos yaşanacaq. Niyə? Çünki AFFA rəhbərliyində olanlar diletantlardır, onlar bu işin yükünü çəkə bilməzlər. Onlar heç vaxt peşəkarlarla işləmirlər, işləməzlər Yəni hər kəs özünə bab kadr toplayır əhatəsinə. AFFA prezidenti PFL-in dağılıb-dağılmayacağına birmənalı münasibət bildirmədi. Bildirmədisə, deməli, dağıdacaq PFL dağılsa, xaos başlayacaq və sonra nə baş verəcək? Rövşən Nəcəf amansız təzyiqlə üzləşəcək. Tənqidin dozası xeyli artacaq. Hədəf birbaşa Rövşən Nəcəf olacaq. Bunu kim edir? Kimin ideyasıdır bu? Artıq kimsə silahı dirəyib onun gicgahına. Tətikdə kimin barmağıdır? O şəxs bəllidir. Futbol təsərrüfatına ötəri nəzər salsanız, onu hər yerdə görərsiniz Bakının bu ərazilərində söküntü olacaq - Siyahı Həcc ziyarəti ilə bağlı vacib açıqlama Qərar verildi, yayda ayrılacaq – “Fənərbağça” da gözaltı edib Ananas düşündüyünüz qədər məsum deyilmiş - Gizli zərərləri Paşinyanın daha bir videosu olay oldu Arda Turan onu müdafiə etdi: Əminəm Bakının bu ərazilərində söküntü olacaq - Siyahı Həcc ziyarəti ilə bağlı vacib açıqlama Paşinyanın daha bir videosu olay oldu Keremcem də bu seriala çəkilir - Foto İsrail Tehrandakı SEPAH qərargahını vurdu Günün ulduz falı: Özünüzü sübut etmək üçün fürsətlər yaranacaq Bizə cəmi 4 saat vaxt lazım olacaq - Trampdan İran açıqlaması İranın 10 bəndlik sülh təklifində nələr var?


