Adılbek Kasıməliyev Özbəkistanda Şavkat Mirziyoyevlə görüşüb
Özbəkistana işgüzar səfəri çərçivəsində Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adılbek Kasıməliyev bu ölkənin prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib Kasıməliyev Mirziyoyevə Qırğızıstan Prezidenti Sadır Japarovun salamla

Özbəkistana işgüzar səfəri çərçivəsində Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adılbek Kasıməliyev bu ölkənin prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib Kasıməliyev Mirziyoyevə Qırğızıstan Prezidenti Sadır Japarovun salamlarını çatdırıb və qeyd edib ki, Özbəkistanla strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafı Qırğızıstanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir Görüş zamanı tərəflər ticarət-iqtisadi, investisiya, enerji, mədəni-humanitar sahələrdə birgə layihə və təşəbbüslərin təşviqi, eləcə də regionlararası əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər Bundan əlavə, yol xəritələrində təsbit olunmuş razılaşmaların icrası ilə bağlı müzakirələr aparılıb Həmçinin qeyd olunub ki, bu il Qırğızıstan və Özbəkistanın iştirakı ilə yüksək səviyyəli ikitərəfli görüşlər və çoxtərəfli tədbirlər nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır Görüş V Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutub


