ADSEA sədri ərazidə kollektorun tikinti-bərpa işlərinin gedişatı ilə tanış oldu - FOTO/VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diamertri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb Xətai rayonu, Rəşid Bağırov küçəsindən keçən kollektorda izafi yüklənmə nə

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diamertri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb Xətai rayonu, Rəşid Bağırov küçəsindən keçən kollektorda izafi yüklənmə nəticəsində baş verən qəza hadisəsi suyun ətraf ərazilərə yığılmasına səbəb olmuşdur. Hazırda həmin ərazilərdə suyun kənarlaşdırılması istiqamətində intensiv işlər aparılır. Bu məqsədlə müvəqqəti qərargah yaradılıb. Qərargaha ADSEA sədri Zaur Mikayılov rəhbərlik edir. Agentlik sədri bu gün də ərazidə olub, işin sürətləndirilməsi istiqamətində tapşırıqlarını verib ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları yüklənmə nəticəsində çökən tullantı su kollektorunun 9 metr dərinlikdə olan qəzalı hissəsinin üzərindən torpaq qatı götürülüb, təmir-bərpa işləri həyata keçirilir Qeyd edək ki, həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları tapşırılıb Sabah Bakının bu yerləri qazsız qalacaq Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək? Bu ərazilərdə qaz kəsiləcək "Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir FHN yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılmasını davam etdirir Bu yolda sürət həddi endirildi Azərbaycanlı iş adamı milyonluq kompleks aldı Güclü yağış Türkiyədə fəlakətə səbəb oldu: Ölənlər var - Foto Xəzərdə daha bir zəlzələ oldu Saxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə bağlı qərar - Foto ABŞ-İran razılaşmasının qalibi bu ölkədir - 1922-ci ildəki Türkiyə kimi Ruttenin Trampa dəstəyi: NATO İran müharibəsinə qoşula bilər Qalibaf müəmması: İranı danışıqlarda Trampın “seçdiyi” şəxs təmsil edəcək? "Neçə Xalq artistinin əməliyyatını etdirmişəm"


