ADSEA sədri: Dövlət Proqramının ana xəttini intensiv təsərrüfatçılığa keçid təşkil edir
Kənd təsərrüfatı sektorunun ölkəmizin ümumi su istehlakının 70-75 %-ni təşkil etməsini nəzərə alsaq, su ehtiyatlarının düzgün idarə olunması həm aqrar inkişafın, həm də ümumi iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir APA xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSE

Kənd təsərrüfatı sektorunun ölkəmizin ümumi su istehlakının 70-75 %-ni təşkil etməsini nəzərə alsaq, su ehtiyatlarının düzgün idarə olunması həm aqrar inkişafın, həm də ümumi iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir APA xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə deyib O bildirib ki, bu məqsədlə Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya və sosial-iqtisadi inkişaf üzrə bir sıra dövlət proqramlarında olduğu kimi yeni Proqram çərçivəsində də respublika ərazisində qarşıya qoyulmuş hədəflər üzrə aqrar sektorun dayanıqlı inkişafının dəstəklənməsi və su təminatının etibarlılığının artırılması istiqamətində sistemli tədbirlər nəzərdə tutulmaqdadır: "cu illər üzrə elan edilmiş bu Dövlət Proqramının ana xəttini yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçid təşkil edir. Burada Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları ölkəmizin sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyətə malik regionlardır. Bu ərazilər həm əhalinin sıx məskunlaşdığı, həm də kənd təsərrüfatı məhsulları üzrə istər daxili bazarın tələbatını, istərsə də ixrac potensialının əsasını təşkil edən bölgələrdir. Quba-Xaçmaz iqtisadi rayonu ənənəvi olaraq meyvəçilik, bağçılıq, tərəvəzçilik və heyvandarlıq üzrə ölkənin əsas istehsal mərkəzlərindən biri hesab olunur. Abşeron-Xızı iqtisadi rayonu isə tərəvəzçilik, istixana təsərrüfatları və ərzaq sənayesi baxımından strateji əhəmiyyət daşıyır. Bu potensialın tam reallaşdırılması üçün etibarlı və dayanıqlı su təminatı həlledici amildir"


