Tenqri
Ana Səhifə
Dünya

ADSEA rəsmisi: Qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır

Bu gün qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır. İqlim dəyişikliyi fonunda su ehtiyatlarının və yağıntıların həcminin illər üzrə dinamik surətdə dəyişdiyi nəzərə alınaraq, hər bir regionun illik su balansı dəqiqliklə hesablanmalı, hansı b

0 baxışazertag.az
ADSEA rəsmisi: Qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır
Paylaş:

Bu gün qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır. İqlim dəyişikliyi fonunda su ehtiyatlarının və yağıntıların həcminin illər üzrə dinamik surətdə dəyişdiyi nəzərə alınaraq, hər bir regionun illik su balansı dəqiqliklə hesablanmalı, hansı bitki növlərinin əkiləcəyi, hansı sahələrin inkişafının təşviq ediləcəyi məhz bu su ehtiyatlarına uyğun olaraq müəyyən edilməlidir AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı Lənkəranda keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib Onun sözlərinə görə, həm kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının Tədbirlər Planında nəzərdə tutulan işlərin, həm də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilən və planlaşdırılan meliorasiya və su təsərrüfatı layihələrinin icrası ölkənin aqrar sektorunun dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlərin icrası nəticəsində gələcəkdə bu ərazilərdə bağçılığın, eləcə də bölgə üçün əlverişli olan digər əkin sahələrinin inkişafına geniş imkanlar yaranacaq. Proqram çərçivəsində müasir suvarma sistemlərinin tətbiqi su itkilərinin azaldılmasına, suvarma prosesinin daha dəqiq və səmərəli idarə olunmasına, məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına və su resurslarımıza qənaət edilməklə investisiyaların iqtisadi effektivliyinin maksimuma çatdırılmasına şərait yaradacaq “Qeyd edilmiş tədbirlərin həyata keçirilməsi ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının dayanıqlı və səmərəli təşkilinə töhfə verməklə yanaşı, su ehtiyatlarından səmərəli istifadə edilməsinə, suvarılan sahələrin şorlaşması və deqradasiyasının qarşısının əhəmiyyətli dərəcədə alınmasına xidmət edəcək”, - deyə o əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler