ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq
Temperaturun artması, buxarlanmanın çoxalması və çaylardan gələn su axınının azalması nəticə etibarilə Xəzər dənizinin səviyyəsinin enməsinə səbəb olur. Əgər proses bu şəkildə davam etsə, yəni temperatur daha da artsa, yağıntılar və çay axınları daha da azalsa, Xəzər dənizinin səviyyəsi daha da enə

Temperaturun artması, buxarlanmanın çoxalması və çaylardan gələn su axınının azalması nəticə etibarilə Xəzər dənizinin səviyyəsinin enməsinə səbəb olur. Əgər proses bu şəkildə davam etsə, yəni temperatur daha da artsa, yağıntılar və çay axınları daha da azalsa, Xəzər dənizinin səviyyəsi daha da enə bilər. Əlbəttə, bu, olduqca mürəkkəb və ekstremal ssenaridir AZƏRTAC xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr, Uçot və Reyestr şöbəsinin müdiri Rafiq Verdiyev Bakıda Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir çərçivəsində keçirilən “Xəzər dənizi dönüş nöqtəsində: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi analitik müzakirə” adlı panel müzakirədə çıxış edərkən deyib “Artıq bu gün Azərbaycanda sahilyanı zonalarda bunun nəticələrini görürük. Ekoloji problemlər yaranır, biomüxtəliflik zərər görür. Eyni zamanda, sənaye və nəqliyyat sahəsində də çətinliklər meydana çıxır. Məsələn, bəzi gəmilər sahilə və liman ərazilərinə rahat şəkildə yaxınlaşa bilmir ki, bu da əlavə problemlər yaradır. Dediyim kimi, son dörd ildə müşahidə olunan proses gələcəkdə də davam edərsə, bu problem növbəti 20–30 il ərzində daha da dərinləşə bilər. Dəniz səviyyəsinin daha bir neçə metr aşağı düşməsi artıq daha mürəkkəb problemlərə səbəb olacaq” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


