Tenqri
Ana Səhifə
Dünya

ADSEA: Azərbaycanda müasir suvarma sistemləri ümumi əkin sahələrinin təqribən 10 %-ni əhatə edir

Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi ikiqat artırılacaq "Report"un Zəngilan rayonuna ezam olunmuş əməkldaşı xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov "Azərbaycanda kənd təsərrüfatı, bal

0 baxışreport.az
ADSEA: Azərbaycanda müasir suvarma sistemləri ümumi əkin sahələrinin təqribən 10 %-ni əhatə edir
Paylaş:

Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi ikiqat artırılacaq "Report"un Zəngilan rayonuna ezam olunmuş əməkldaşı xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə əlaqədar təşkil edilmiş müşavirədə bildirib Onun sözlərinə görə, ölkədə müasir suvarma sistemlərinin fəaliyyət göstərdiyi ərazilərin ümumi sahəsinin 2030-cu ilədək 130 min hektardan 300 min hektaradək genişləndirilməsi planlaşdırılır "Bu hədəf Prezident İlham Əliyevin sərəncamı ilə qüvvəyə minmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Proqramın əsas prioritetlərindən biri sudan səmərəli istifadə əmsalının 45 %-dən 95 %-ə yüksəldilməsidir. Hazırda ölkə üzrə müasir suvarma sistemləri ümumi əkin sahələrinin yalnız təqribən 10 %-ni əhatə edir Damcıvarı və pivot tipli qabaqcıl suvarma texnologiyalarının daha geniş miqyasda tətbiqi su itkisinin minimuma endirilməsinə, məhsuldarlıq göstəricilərinin yüksəldilməsinə və su resurslarından daha rasional istifadə olunmasına şərait yaradacaq". İşğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr çərçivəsində əlavə olaraq 80 min hektar torpaq sahəsinin suvarma suyu ilə təchiz olunması planlaşdırılır", - R. Aslanov qeyd edib Xidmət rəisi bildirib ki, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarının meliorasiya və su təsərrüfatı infrastrukturunun bərpasına yönəlmiş layihələr işlənib hazırlanıb "Layihələrin icrasının nəticəsi olaraq Ağdamda 41 min hektar, Füzulidə 18 min hektar, Cəbrayılda 12 min hektar, Qubadlıda 3,5 min hektar, Laçın və Kəlbəcərdə isə birlikdə 3,5 min hektar torpaq sahəsinin su təminatının təkmilləşdirilməsi nəzərdə tutulur. Bu layihələr bölgənin aqrar potensialının tam həcmdə reallaşdırılması və ərzaq məhsulları istehsalının artırılması baxımından böyük strateji əhəmiyyət kəsb edir" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler