ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026-cı il üzrə Round University Ranking (RUR) beynəlxalq universitet reytinqində ilk dəfə təmsil olunub. RUR-un rəsmi nəticələrinə əsasən, ADPU dünya üzrə 1202-ci, Azərbaycan ali təhsil müəssisələri arasında isə 18 universitet içərisində 13-cü yerdə qə

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026-cı il üzrə Round University Ranking (RUR) beynəlxalq universitet reytinqində ilk dəfə təmsil olunub. RUR-un rəsmi nəticələrinə əsasən, ADPU dünya üzrə 1202-ci, Azərbaycan ali təhsil müəssisələri arasında isə 18 universitet içərisində 13-cü yerdə qərarlaşıb RUR dünyanın aparıcı universitetlərinin fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemlərindən biridir. 2010-cu ildən fəaliyyət göstərən reytinq dünyanın 80-dən çox ölkəsindən minlərlə ali təhsil müəssisəsini müqayisəli şəkildə dəyərləndirir RUR universitetləri dörd əsas istiqamət – tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı üzrə qiymətləndirir. Reytinqin formalaşdırılması zamanı 20-dən çox göstəricidən istifadə olunur və qiymətləndirmə əsasən “Web of Science” beynəlxalq elmi məlumat bazası, eləcə də universitetlərin təqdim etdiyi rəsmi statistik məlumatlar əsasında aparılır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


