ADNSU “UI GreenMetric” reytinqinin nəticələrinin açıqlanması tədbirinə ev sahibliyi edəcək
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “UI GreenMetric” dünya universitetləri reytinqinin 2026-cı il üzrə nəticələrinin açıqlanması və mükafatlandırma mərasiminə ev sahibliyi edəcək. Bununla da, ADNSU bu nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edən dünyanın 17-ci universiteti olacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “UI GreenMetric” dünya universitetləri reytinqinin 2026-cı il üzrə nəticələrinin açıqlanması və mükafatlandırma mərasiminə ev sahibliyi edəcək. Bununla da, ADNSU bu nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edən dünyanın 17-ci universiteti olacaq Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Sentyabrın 23-25-də ADNSU-da keçiriləcək tədbir beynəlxalq konfrans və mükafatlandırma mərasimi formatında təşkil olunacaq.Tədbirdə dünyanın müxtəlif ölkələrindən universitet rəhbərləri, ekspertlər və akademik ictimaiyyətin nümayəndələrinin iştirakı gözlənilir “UI GreenMetric” reytinqi universitetlərin kampus dayanıqlılığı və ekoloji idarəetmə sahəsində fəaliyyətini qiymətləndirən nüfuzlu beynəlxalq platformadır. Reytinq çərçivəsində ali təhsil müəssisələrinin enerji və iqlim dəyişikliyi, su idarəçiliyi, tullantıların idarə olunması, nəqliyyat, kampus infrastrukturu və yaşıl məkanlar, təhsil və tədqiqat, eləcə də idarəetmə və rəqəmsallaşma sahələrindəki göstəriciləri dəyərləndirilir ADNSU son illərdə dayanıqlı inkişaf və yaşıl universitet modelinin formalaşdırılması istiqamətində həyata keçirdiyi təşəbbüslərlə beynəlxalq reytinqdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Universitet 2024-cü ildə “UI GreenMetric” reytinqində dünya üzrə 788-ci, ölkə üzrə isə 5-ci yerdə qərarlaşıb. 2025-ci ildə isə ADNSU dünya sıralamasında 622-ci yerə yüksələrək mühüm irəliləyiş əldə edib və ölkə üzrə 5-ci mövqeyini qoruyub saxlayıb “UI GreenMetric” dünya universitetləri reytinqinin nəticələrinin açıqlanması mərasiminin ADNSU-da keçirilməsi universitetin dayanıqlı inkişaf, yaşıl transformasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərində əldə etdiyi nailiyyətlərin növbəti beynəlxalq təsdiqi olmaqla yanaşı, Azərbaycanın ali təhsil sisteminin qlobal dayanıqlılıq gündəliyində artan rolunun göstəricisidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


