ADNSU-dan "AZI" məsələsinə reaksiya: universitetin adı dəyişdirilib?
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəsmi YouTube kanalında yayımlanan "AZI Xəbər" həftəlik xəbər buraxılışında universitetin abreviaturasının fərqli formada təqdim olunması diqqət çəkib. Belə ki, iki həftə əvvəl yayımlanan buraxılışlarda universitetin abreviaturası ADNSU kimi g

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəsmi YouTube kanalında yayımlanan "AZI Xəbər" həftəlik xəbər buraxılışında universitetin abreviaturasının fərqli formada təqdim olunması diqqət çəkib. Belə ki, iki həftə əvvəl yayımlanan buraxılışlarda universitetin abreviaturası ADNSU kimi göstərilsə də, son günlər yayımlanan videolarda "AZI" ifadəsindən istifadə olunub. Bu isə bəzi izləyicilərdə universitetin rəsmi adının və ya abreviaturasının dəyişdirilməsi ilə bağlı suallar yaradıb Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən Elnur Hadıyevin verdiyi məlumata görə, ADNSU-nun adında və rəsmi abreviaturasında hər hansı dəyişiklik baş verməyib “ADNSU-nun adı da elə eyni qaydada ADNSU-dur. Loqotipdə də belə qeyd olunub. Sadəcə olaraq, həftəlik xəbər bülleteni yayımlayırıq və orada “AZI Xəbər” ifadəsindən istifadə edirik. Bunun universitetin rəsmi adının dəyişdirilməsi ilə heç bir əlaqəsi yoxdur. Hər hansı yenilik və ya dəyişiklik yoxdur”, - deyə o qeyd edib Xatırladaq ki, bir müddət əvvəl ADNSU-nun rektoru, dosent Rüfət Əzizov AzEdu.az Təhsil Platformasına müsahibəsində hazırkı rəsmi ad saxlanılmaqla, universitetin gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasının planlaşdırıldığını bildirib
Diğer Haberler

Bacıları etiraf etdi, qətlin üstü 19 ildən sonra açıldı: Sultanın atası onu öldürdü! | T24

Yüksək hərarət, başgicəllənmə və huşunu itirmə... Mütəxəssislərdən bir-birinin ardınca yaranan isti və xəbərdarlıqlar gəldi
