Tenqri
Ana Səhifə
Siyasət

Adil Kərimli: Kitabxanalarda çalışan 1000-ə yaxın İT mütəxəssisi attestasiyadan keçəcək

Bu ildən informasiya texnologiyaları ixtisasları üzrə kitabxanalarda çalışan 1 000-ə yaxın şəxsin attestasiyası həyata keçiriləcək "Report" xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri

0 baxışreport.az
Adil Kərimli: Kitabxanalarda çalışan 1000-ə yaxın İT mütəxəssisi attestasiyadan keçəcək
Paylaş:

Bu ildən informasiya texnologiyaları ixtisasları üzrə kitabxanalarda çalışan 1 000-ə yaxın şəxsin attestasiyası həyata keçiriləcək "Report" xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı məlumat verib Onun sözlərinə görə, növbəti il bütövlükdə kitabxanaçı funksiyasında olan və kitabxanada müəyyən vəzifələr daşıyan şəxslərin attestasiyası olacaq: "Təbii ki, attestasiya nəticələrinə görə peşəkar, vəzifəsinə uyğun olan şəxslərin işlərində qalacaq və yeni sistemdə onların prosesə cəlb ediləcək. Nazirlik ilk növbədə, peşəkar kadrların təyin edilməsini hədəf hesab edir. Kimlər peşəkardır və kimlər bu sahədə fəaliyyəti davam etdirməyə uyğundursa, fəaliyyətini davam etdirəcəklər. Kimlərsə uyğunsuz hesab ediləcəksə, yəni nəticəyə əsasən, onlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq mexanizmlər tətbiq olunacaq" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler