Tenqri
Ana Səhifə
Siyasət

Adil Kərimli: Kitabxana sistemində peşəkarlığı sual altında olan şəxslər də fəaliyyət göstərir

Təəssüf ki, kitabxana sistemində bu sahəyə bələd olmayan və peşəkarlığı sual altında olan şəxslərin fəaliyyəti mövcuddur "Report" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət Komitəsində "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ke

0 baxışreport.az
Adil Kərimli: Kitabxana sistemində peşəkarlığı sual altında olan şəxslər də fəaliyyət göstərir
Paylaş:

Təəssüf ki, kitabxana sistemində bu sahəyə bələd olmayan və peşəkarlığı sual altında olan şəxslərin fəaliyyəti mövcuddur "Report" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət Komitəsində "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın kitabxana sistemi ilə bağlı fikirlərinə cavab olaraq deyib Nazir haqqında danışılan sahədə çox peşəkar kitabxanaçıların çalışdıqlarını da vurğulayıb: "Biz onların iişni yüksək qiymətləndiririk. Ucqar rayonlarda, heç də yaxşı olmayan şəraitdə işləyən kitabxanaçılarımızla, həqiqətən, qürur duyuruq. Onlar kitaba sevgiləri ilə işləyirlər" A.Kərimli əlavə edib ki, kitabxana sahəsində işə yalnız ali təhsilli şəxslərin cəlb olunması əsas hədəflərdən biridir "Eyni zamanda, onların yaxşı iş şəraiti ilə təmin edilməsi də vacib məsələlərdən biridir. Çünki infrastrukturun zəifliyi və ya ümumiyyətlə, heç bir standarta uyğun olmaması ciddi problemdir" Qeyd edək ki, F.Mustafa parlamentdə keçirilən müzakirədəki çıxışında böyük təcrübəyə və zəngin kitab yaddaşına malik çoxsaylı kitabxanaçıların müxtəlif səbəblərdən sistemdən ayrıldıqlarını bildirib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler