Adil Kərimli: Dövlət proqramlarının icrası sistemli və məqsədyönlü olmalıdır
İqtisadiyyat və təhsil sahələrinin qarşılıqlı əlaqəsi çərçivəsində təhsilin əsas istiqamətləri üzrə dövlət proqramlarının effektiv tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, yaradıcılığın inkişafı, yaradıcı məhsulların təşviqi, bu sahədə mövcud problemlərin aradan qaldırılması əsas prioritetl

İqtisadiyyat və təhsil sahələrinin qarşılıqlı əlaqəsi çərçivəsində təhsilin əsas istiqamətləri üzrə dövlət proqramlarının effektiv tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, yaradıcılığın inkişafı, yaradıcı məhsulların təşviqi, bu sahədə mövcud problemlərin aradan qaldırılması əsas prioritetlərdən biridir AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu fikirləri mayın 5-də “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının icrası çərçivəsində “İncəsənətin inkişafına dair dövlət proqramı layihəsinin hazırlanması” yarımbəndinin həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın ilk iclasında, eləcə də proqram üzərində çalışan işçi qrupun növbəti toplantısında səsləndirib "Bununla yanaşı, infrastruktur məsələləri də diqqətdə saxlanılmalıdır. Nəzərdə tutulan layihələr çərçivəsində hər sahəyə uyğun xüsusi yanaşmalar tətbiq edilməli, əlavə infrastruktur obyektlərinin yaradılması zamanı bu amillər nəzərə alınmalıdır. Bütün bu istiqamətlər üzrə dövlət proqramlarının sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi zəruridir", - deyə nazir vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
