Əlavə gəlirlər Azərbaycanda ehtiyatların artırılmasına yönəldilir – nazir
BAKI, Azərbaycan, 11 iyun. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC və İTV-yə eksklüziv müsahibəsində bildirib ki, son onilliklərdə Azərbaycana uğur gətirən model əlavə gəlirlərin ilk növbədə ehtiyatlara yönəldilməsinə əsaslanır O, işğaldan azad edilmiş ərazilərin bu yanaşmanın ço

BAKI, Azərbaycan, 11 iyun. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC və İTV-yə eksklüziv müsahibəsində bildirib ki, son onilliklərdə Azərbaycana uğur gətirən model əlavə gəlirlərin ilk növbədə ehtiyatlara yönəldilməsinə əsaslanır O, işğaldan azad edilmiş ərazilərin bu yanaşmanın çox gözəl nümunəsi olduğunu qeyd edərək demişdir: “Bu ehtiyatlar – Neft Fondunun və Mərkəzi Bankın ehtiyatları və şoku udma mexanizmləri öz növbəsində makroiqtisadi və makrofiskal sabitliyin təmin edilməsinə xidmət edir Dövlət büdcəsi üçün onlar tamamilə yeni və irimiqyaslı investisiya və məxaric sahəsini təmsil edirlər. Lakin iqtisadi baxımdan biz bunları xərc kimi yox, investisiya kimi görürük. Çünki uzunmüddətli perspektivdə bu investisiya vətəndaşlarımızın geri qayıtmasına, iqtisadi fəallığın bərpasına, ərazilərin abadlaşdırılmasına xidmət edəcək”


