ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb
Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Vəfa Mütəllimovanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib Palatadan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Hesablama Palatasının əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyəti və t

Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Vəfa Mütəllimovanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib Palatadan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Hesablama Palatasının əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyəti və tələbələrlə görüşlər keçiriblər Görüşün məqsədi Hesablama Palatası tərəfindən universitetdə aparılmış səmərəlilik auditinin nəticələri, bu çərçivədə aparılan təhlillər və müəyyən edilmiş müsbət təcrübələr barədə məlumat vermək, həmçinin audit fəaliyyətinin təhsil müəssisələrinin inkişafına verdiyi töhfələri müzakirə etmək olub Tədbirdə auditor Vəfa Mütəllimova, şöbə müdirləri Azim Abasov və Zaur Vəliyev, sektor müdirləri Müşfiq Ağayev, Nizami Qarayev və Elgün Atalıyev çıxış edərək Hesablama Palatasının fəaliyyəti, dövlət auditinin mahiyyəti və səmərəlilik auditinin tətbiqi barədə məlumat veriblər Çıxışlar zamanı universitetdə aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, universitetin kadr potensialı, təhsildə müvəffəqiyyət və keyfiyyət göstəriciləri, eləcə də ölkənin aqrar sektorunun inkişafında ADAU-nun elmi potensialının və akademik heyətinin rolu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb İnteraktiv müzakirələr şəraitində davam edən görüşlərdə professor-müəllim heyətinin və tələbələrin sualları cavablandırılıb Səfər çərçivəsində nümayəndə heyəti universitetin maddi-texniki bazası, tədris-təcrübə təsərrüfatları və elmi fəaliyyət üçün yaradılmış şəraitlə tanış olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


