Tenqri
Ana Səhifə
Dünya

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

ADA Universitetində keçirilən 14-cü beynəlxalq festivalda Rusiyanın ənənəvi xalq sənətkarlığı təqdim olunub AZƏRTAC xəbər verir ki, tədbir zamanı çıxış edən Rusiyanın Azərbaycandakı səfirliyinin katib-referenti Mariya Zolotaryovanın sözlərinə görə, Rusiya tərəfi ölkənin çoxmillətli mədəniyyətinə hə

0 baxışazertag.az
ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub
Paylaş:

ADA Universitetində keçirilən 14-cü beynəlxalq festivalda Rusiyanın ənənəvi xalq sənətkarlığı təqdim olunub AZƏRTAC xəbər verir ki, tədbir zamanı çıxış edən Rusiyanın Azərbaycandakı səfirliyinin katib-referenti Mariya Zolotaryovanın sözlərinə görə, Rusiya tərəfi ölkənin çoxmillətli mədəniyyətinə həsr olunmuş stend təqdim edib. “Ekspozisiya ənənəvi rus xalq sənətkarlığını, eləcə də Dağıstan və Tatarıstan respublikalarının mədəni irsini, o cümlədən milli sənətkarlıq nümunələrini və mətbəxini birləşdirib”, - deyə səfirliyin nümayəndəsi qeyd edib Rusiyanın 200-ə yaxın xalqın nümayəndəsinin yaşadığı və 150-dən çox dilin istifadə olunduğu çoxmillətli dövlət olduğunu qeyd edən M.Zolotaryova dil və mədəni müxtəlifliyin qorunmasının vacibliyini vurğulayıb. O xatırladıb ki, Azərbaycan dili Dağıstan Respublikasında dövlət dillərindən biri hesab olunur. “Azərbaycan bizim üçün həmişə yaxın ölkə olub və bundan sonra da olacaq. Mədəni müxtəlifliyə baxmayaraq, bizi ümumi dəyərlər, qonaqpərvərlik və ölkələrimizin xalqlarına hörmət birləşdirir. Mədəniyyət bizi hər zaman birləşdirən möhkəm tel olaraq qalır”, - deyə katib-referent bildirib O, Rusiyanın mədəniyyətini təqdim etmək və digər ölkələrin adət-ənənələri ilə tanış olmaq imkanına görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler