ACWA Power KOM-larla əməkdaşlığa maraq göstərir - Səlim Güven
BAKI, Azərbaycan, 16 iyun. ACWA Power kiçik və orta sahibkarlarla əməkdaşlıqda maraqlıdır. Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, ACWA Power-ın Azərbaycan və Türkiyə üzrə icraçı direktoru Səlim Güven bildirib O, bunu Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplant

BAKI, Azərbaycan, 16 iyun. ACWA Power kiçik və orta sahibkarlarla əməkdaşlıqda maraqlıdır. Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, ACWA Power-ın Azərbaycan və Türkiyə üzrə icraçı direktoru Səlim Güven bildirib O, bunu Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Halal kiçik və orta sahibkarlıq və yaşıl iqtisadiyyata davamlı keçid, halal dəyər zəncirləri və inklüziv artım” adlı panel müzakirəsi zamanı deyib "Bizim layihələrimiz 30 illik həyat dövrü üçün nəzərdə tutulub. Ona görə də kiçik və orta sahibkarlar da uzunmüddətli düşünməlidirlər. Biz onlarla əməkdaşlıqda maraqlıyıq, çünki son qlobal hadisələr - COVID-19 pandemiyası, Avropa və Ukraynada baş verən hadisələr, eləcə də İrandakı son hadisələr qlobal təchizat zəncirlərinin nə qədər həssas ola biləcəyini nümayiş etdirdi", - o deyib Güven qeyd edib ki, yerli istehsalın inkişaf etdirilməsi və komponentlərin yerli tədarükünün kritik əhəmiyyəti var. Bu yanaşma daha sürətli, daha sərfəli və uzunmüddətli tərəfdaşlıq əsasında qurulur "Biz inkişaf planlarını birgə hazırlamağa hazırıq. Ola bilsin ki, ilk cəhddə hər şey mükəmməl alınmayacaq, lakin bizneslər uzunmüddətli səriştələrin toplanmasına və bütün maraqlı tərəflər üçün davamlı biznes imkanlarının yaradılmasına diqqət yetirməlidirlər", - o əlavə edib


