“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir
Müasir şəraitdə biznes transformasiyası investisiyaların cəlb edilməsi və rəqabət qabiliyyətinin qorunması üçün zəruri amildir AZƏRTAC-ın məlumatına görə, bu açıqlamanı “ACWA Power” şirkətinin icraçı direktoru Uyqar Durğunay Bakıda davamlı inkişaf və enerji transformasiyasına həsr olunmuş “Technova

Müasir şəraitdə biznes transformasiyası investisiyaların cəlb edilməsi və rəqabət qabiliyyətinin qorunması üçün zəruri amildir AZƏRTAC-ın məlumatına görə, bu açıqlamanı “ACWA Power” şirkətinin icraçı direktoru Uyqar Durğunay Bakıda davamlı inkişaf və enerji transformasiyasına həsr olunmuş “Technovation” forumunda çıxışı zamanı verib. O, genişmiqyaslı enerji layihələrinin həyata keçirilməsinin hökumət, biznes və investorlar arasında sıx əməkdaşlıq tələb etdiyini vurğulayıb İcraçı direktor qeyd edib: “Enerjiyə tələbatın artması fonunda hökumətlər yaşıl enerji və dekarbonizasiyanın inkişafı üçün hədəflər müəyyən edirlər. Bu cür layihələrin uğuru ancaq bütün maraqlı tərəflərin əməkdaşlığı və etimadı şəraitində mümkündür” O vurğulayıb ki, Azərbaycan “ACWA Power” şirkətinin portfelində mühüm yer tutur. Şirkət Xızı və Abşeronda 240 MVt gücündə külək elektrik stansiyasına sahibdir və onu idarə edir, həmçinin Xəzər regionunda fəaliyyətini genişləndirir Şirkətin icraçı direktorunun sözlərinə görə, investorlar fərdi layihələrə deyil, bərpaolunan enerji, yaşıl hidrogen istehsalı, su təchizatı və ənənəvi enerji mənbələrini birləşdirən inteqrasiya olunmuş həllərə daha çox maraq göstərirlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


