Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb
İyunun 13-də Ağcabədi rayonunun 52 ümumi orta məktəbində “Son zəng” çalınıb. Rayon üzrə 1466 şagird tam orta, 2241 şagird isə ümumi orta təhsil səviyyəsini bitirib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhəri M.F.Axundov adına 3 nömrəli məktəbdə keçirilən “Son zəng” mərasimində Elm və T

İyunun 13-də Ağcabədi rayonunun 52 ümumi orta məktəbində “Son zəng” çalınıb. Rayon üzrə 1466 şagird tam orta, 2241 şagird isə ümumi orta təhsil səviyyəsini bitirib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhəri M.F.Axundov adına 3 nömrəli məktəbdə keçirilən “Son zəng” mərasimində Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon sektorunun müdiri Teymur Qasımov, məktəbin müəllim və şagirdləri, valideynlər, şəhid ailələri iştirak ediblər Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Mərasimdə çıxış edənlər məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar diləyib, yiyələndikləri peşədən asılı olmayaraq öz bilik və bacarıqları ilə Azərbaycanın inkişafına töhfə verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıblar Məktəblilərin musiqili-bədii çıxışları ilə davam edən tədbir iştirakçılara xoş və duyğulu anlar yaşadıb. Çalınan “Son zəng” məktəbi bitirən 62 nəfər məzunu sinif otaqlarına deyil, müstəqil həyata səsləyib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
