ABŞ-a ən yaxın müttəfiqindən zərbə! Qalanları nəhəng əməliyyatı dayandırdı
ABŞ prezidenti Donald Trampın Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün başlatdığı “Azadlıq layihəsi” əməliyyatı Körfəzdəki kritik müttəfiqinin dəstəyini geri çəkməsindən sonra başlayandan cəmi 36 saat sonra dayandırılıb NBC News-un iki ABŞ rəsmisinə əsaslanaraq verdiyi xəbər

ABŞ prezidenti Donald Trampın Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün başlatdığı “Azadlıq layihəsi” əməliyyatı Körfəzdəki kritik müttəfiqinin dəstəyini geri çəkməsindən sonra başlayandan cəmi 36 saat sonra dayandırılıb NBC News-un iki ABŞ rəsmisinə əsaslanaraq verdiyi xəbərə görə, qərarın əsas səbəbi Səudiyyə Ərəbistanının ABŞ ordusuna öz bazalarından və hava məkanından istifadə etməsinə icazə verməməsi olub İddialara görə, Tramp administrasiyasının başlatdığı əməliyyat Körfəz ölkələrində sürpriz effekt yaradıb. ABŞ-ın əməliyyatdan əvvəl bölgədəki müttəfiqlərinə məlumat vermədiyi iddia edilib Səudiyyə Ərəbistanı rəhbərliyinin Ər-Riyadın cənub-şərqində yerləşən ABŞ-a məxsus Şahzadə Sultan Hərbi Hava Bazasının istifadəsinə və Amerika təyyarələrinin hava məkanından keçməsinə icazə verməyəcəyini bəyan etdiyi iddia edilib. Səlahiyyətlilər, bölgənin coğrafi şərtlərinə görə hava məkanının istifadəsində müttəfiq dəstəyin məcburi olduğuna diqqət çəkib Trampla Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasındakı telefon danışığının böhranın həlli üçün kifayət etmədiyi və Vaşinqton rəhbərliyinin əməliyyatı dayandırmaq qərarına gəldiyi bildirilib NBC telekanalına danışan səudiyyəli mənbə bildirib ki, problem hadisələrin çox sürətlə inkişaf etməsi ilə bağlıdır. Mənbə bildirib ki, Ər-Riyad administrasiyası Pakistanın İran və ABŞ arasında müharibəyə son qoymaq üçün vasitəçilik təşəbbüslərini dəstəkləyir Ağ Ev rəsmisi bölgədəki müttəfiqlərinin əvvəlcədən məlumatlandırıldığını iddia edərkən, Yaxın Şərq diplomatı ABŞ-ın Omanla koordinasiyanı yalnız sosial mediada edilən açıqlamadan sonra qurduğunu iddia edib Əməliyyat dayandırıldıqdan sonra diplomatik gediş-gəliş sürətlənib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-a təqdim edilən yeni sülh təklifinin dəyərləndirildiyini açıqlayıb. Pakistanın prosesdə vasitəçi rolunu oynadığı bildirilib Tramp müharibənin sona çatma ehtimalının yüksək olduğunu desə də, razılaşma əldə olunmasa hərbi variantın yenidən gündəmə gələ biləcəyini ifadə edib


