Dünya Kuboku turnirinin qonorarı ABŞ-a buraxılmayan somalili hakim Artana ödəniləcək
ABŞ-a girməsinə icazə verilmədiyi üçün 2026 FIFA Dünya Çempionatında iştirak edə bilməyən somalili referi Ömər Abdulkadir Artanın turnir haqqının tam ödəniləcəyi açıqlanıb BBC-nin məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Artanın dünya çempionatında iştirak edə bilməyə
ABŞ-a girməsinə icazə verilmədiyi üçün 2026 FIFA Dünya Çempionatında iştirak edə bilməyən somalili referi Ömər Abdulkadir Artanın turnir haqqının tam ödəniləcəyi açıqlanıb BBC-nin məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Artanın dünya çempionatında iştirak edə bilməyəcəyinə baxmayaraq, turnir çərçivəsində layiq olduğu maaşı tam alacağına qərar verib Dünya Çempionatında işləmək üçün ABŞ-a gedən Artanın Mayami Beynəlxalq Hava Limanında ABŞ immiqrasiya rəsmiləri tərəfindən təxminən 11 saat sorğu-sual edildikdən sonra ölkəyə buraxılmasına icazə verilməyib ABŞ-ın Mayami Beynəlxalq Hava Limanında saxlanılan Artan uzun sorğu-sualdan sonra ölkəyə buraxılmayıb və İstanbul vasitəsilə Somaliyə qayıdıb ABŞ rəsmiləri Somalili hakimin ölkəyə buraxılmamasına səbəb kimi "terror təşkilatı üzvü olduğu düşünülən şəxslərlə əlaqə" iddiasını göstərib Artan ona qarşı irəli sürülən ittihamları rədd edərək, əlində bütün lazımi sənədlərin və etibarlı vizanın olduğunu bildirib FİFA tərəfindən 2026-cı il Dünya Çempionatını idarə etmək üçün seçilmiş ilk Somalili hakim Artan ölkəsinə qayıtdıqdan sonra verdiyi açıqlamada növbəti Dünya Çempionatında hakimlik etmək məqsədini saxladığını bildirib Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən 2025-ci ildə "Afrikanın ən yaxşı hakimi" seçilən 34 yaşlı Artan eyni ildə Afrika Çempionlar Liqasının finalında və FIFA U-20 Dünya Çempionatında da iştirak edib


