Abdulla Şaiq 145 illiyi münasibətilə Yazıçılar Birliyində anılıb
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda ədəbiyyatımızın görkəmli nümayəndəsi Abdulla Şaiqin 145 illiyi ilə əlaqədar tədbir olub. Tədbir AYB və Abdulla Şaiqin mənzil-muzeyinin birgə təşkilatçılığı ilə keçirilib Birliyin sədr müavini Rəşad Məcid çıxışında Abdulla Şaiq yaradıcılığının

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda ədəbiyyatımızın görkəmli nümayəndəsi Abdulla Şaiqin 145 illiyi ilə əlaqədar tədbir olub. Tədbir AYB və Abdulla Şaiqin mənzil-muzeyinin birgə təşkilatçılığı ilə keçirilib Birliyin sədr müavini Rəşad Məcid çıxışında Abdulla Şaiq yaradıcılığının dövrümüzün ədəbi mühitində vacib və aktual bir irs olduğunu vurğulayıb. AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında Abdulla Şaiqin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, şair Zahid Xəlil və digərləri yazıçının ədəbiyyatşünas-alim kimi də fəaliyyətindən bəhs ediblər Sonda Abdulla Şaiqin nəvəsi, mənzil-muzeyinin direktoru Ülkər xanım Talıbzadə tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib Tədbir bədii hissə ilə davam edib
Diğer Haberler

15 yaşından kiçik şəxslər üçün sosial media qadağası Rəsmi Qəzetdə nəşr olundu

İstanbul Respublika Baş prokurorunun müavini Osman Sağlamdan mərc araşdırması ilə bağlı açıqlama: Liqalar bitdikdən sonra əməliyyatlar sürətlə davam edəcək | T24
