Rusiyanın ABŞ-ın G-20 dəvətinə cavabı: Putin Mayamiyə gedə bilər
ABŞ administrasiyası Rusiya prezidenti Vladimir Putini dekabrda Florida ştatının Mayami şəhərində keçirilməsi planlaşdırılan G20 Liderlər Sammitinə dəvət edib “Washington Post”a danışan adı açıqlanmayan ABŞ rəsmisi deyib ki, Putin dekabrın 14-15-də keçirilməsi planlaşdırılan sammitə dəvət oluna bi

ABŞ administrasiyası Rusiya prezidenti Vladimir Putini dekabrda Florida ştatının Mayami şəhərində keçirilməsi planlaşdırılan G20 Liderlər Sammitinə dəvət edib “Washington Post”a danışan adı açıqlanmayan ABŞ rəsmisi deyib ki, Putin dekabrın 14-15-də keçirilməsi planlaşdırılan sammitə dəvət oluna bilər. Rəsmi bildirib ki, dəvət prosesi hələ rəsmiləşməyib Eyni mənbə Rusiyanın G20 üzvlüyünə işarə edərək, Moskva administrasiyasının həm nazirlər toplantısına, həm də liderlər sammitinə dəvət edilməli olduğunu bildirib ABŞ prezidenti Donald Tramp Ağ Evdə verdiyi açıqlamada Putinə mümkün dəvətdən xəbərsiz olduğunu bildirib. Tramp belə bir təşəbbüsə qarşı olmayacağını bildirərək, “Məncə, bunu hamı ilə danışmaq lazımdır” deyib Putin sonuncu dəfə 2019-cu ildə Yaponiyanın Osaka şəhərində keçirilən G20 liderlərinin sammitində üzbəüz iştirak edib. Sammitlərə ya onlayn qatılan, ya da sonrakı dövrdə nümayəndələrini göndərən Rusiya lideri 2021-ci ildən bəri rəhbərlik səviyyəsində görüşlərdə iştirak etmir Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Mayamidə keçiriləcək G20 Sammitində təmsil olunacağını və Putinin də sammitdə iştirak edə biləcəyini bildirib. Peskov, "Rusiya Mayamidə keçiriləcək G20 Sammitində təmsil olunacaq. Putin Mayamiyə gedə bilər" dedi

