ABŞ-ın Texas ştatında heyvanda ət yeyən parazit aşkarlanıb. 60 ildən sonra ilk dəfə görüldü
BBC-nin məlumatına görə, USDA-nın verdiyi açıqlamada, son bir ildir bütün Meksikada yayılan parazitin Texas ştatında üç həftəlik buzovun göbək nahiyəsində aşkar edildiyi bildirilib Bildirilib ki, hadisə ABŞ-ın Meksika ilə sərhədindən təxminən 48 kilometr aralıda yerləşən La Pryor şəhərində qeydə a

BBC-nin məlumatına görə, USDA-nın verdiyi açıqlamada, son bir ildir bütün Meksikada yayılan parazitin Texas ştatında üç həftəlik buzovun göbək nahiyəsində aşkar edildiyi bildirilib Bildirilib ki, hadisə ABŞ-ın Meksika ilə sərhədindən təxminən 48 kilometr aralıda yerləşən La Pryor şəhərində qeydə alınıb Parazitin ən çox yayılma yolunun xəstə heyvanlar tərəfindən daşındığını bildirən federal və əyalət rəsmiləri epidemiyanın qarşısını almaq üçün hadisənin görüldüyü bölgədə 20 kilometrlik aşkarlama və karantin zonası yaradıldığını açıqlayıb Digər tərəfdən, parazitlərin yayılmasının qarşısını almaq üçün bölgəyə milyonlarla "sterilizasiya edilmiş vida milçəyi" buraxılması üçün hazırlıqlara başlanılıb Bu üsul yalnız bir dəfə cütləşmə qabiliyyətinə malik olan dişi milçəklərin mayalanmamış yumurta qoymasının qarşısını almaq və beləliklə də yeni sürfələrin əmələ gəlməsinin qarşısını almaq məqsədi daşıyır Parazitin insanlara və ev heyvanlarına keçmə riskinin kifayət qədər aşağı olduğu və vəziyyətin qida təhlükəsizliyi üçün təhlükə yaratmadığı da bildirilir Mövzu ilə bağlı açıqlamasında ABŞ Kənd Təsərrüfatı Naziri Brooke Rollins, nazirlik işçilərinin əməliyyatlara dəstək vermək üçün Cənubi Texasa çatdığını ifadə edərək, heyvandarlıq fermerlərini sayıq olmağa çağırıb Rollins, aparılan profilaktik tədbirlər sayəsində parazitin ölkəyə girişinin bir il gecikdiyini müdafiə etdi


