ABŞ ordusu narkotik daşıyan gəmini vurdu! 3 nəfər ölüb
ABŞ ordusu Sakit okeanın şərqində narkotik daşıdığı müəyyən edilən gəmiyə hava hücumu təşkil etdiyini açıqlayıb. Əməliyyat zamanı qayıqda olan 3 nəfərin həlak olduğu bildirilib ABŞ Cənub Komandanlığından (SOUTHCOM) verilən açıqlamada, Cənub Nizəsi əməliyyatı çərçivəsində birgə əməliyyat qrupunun S

ABŞ ordusu Sakit okeanın şərqində narkotik daşıdığı müəyyən edilən gəmiyə hava hücumu təşkil etdiyini açıqlayıb. Əməliyyat zamanı qayıqda olan 3 nəfərin həlak olduğu bildirilib ABŞ Cənub Komandanlığından (SOUTHCOM) verilən açıqlamada, Cənub Nizəsi əməliyyatı çərçivəsində birgə əməliyyat qrupunun SOUTHCOM komandanı general Francis L. Donovanın göstərişi ilə hərəkətə keçdiyi bildirilib Açıqlamada, hədəfə alınan qayığın Şərqi Sakit okeanda məlum narkotik qaçaqmalçılığı marşrutları ilə hərəkət etdiyi və narkotik fəaliyyəti ilə məşğul olduğu kəşfiyyatla təsdiqləndiyi bildirilib SOUTHCOM-un açıqlamasında, "Bu əməliyyat zamanı 3 kişi narko-terrorçu öldürülüb və heç bir ABŞ personalına zərər dəyməyib" deyilir. Əməliyyatla bağlı ətraflı məlumat verilməsə də, bölgədə narkotik ticarətinə qarşı əməliyyatların davam edəcəyi bildirilib

